Qalatasaray Osimhenlə razılıq əldə etdi Detallar
Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.
Viktor Osimhen "Qalatasaray"ın təklifini qəbul edib.
Metbuat.az xəbər verir ki, "Qalatasaray" futbolçuya 23 milyon avro təklif edib. “Goal.com”da dərc edilən xəbərə görə, nigeriyalı forvard Avropa klublarından daha az məvacib təklifi alıb. Premyer Liqa komandalarından 10 milyon avro, "Yuventus"dan isə 12 milyon avro təklif alan Osimhen "Qalatasaray"a transfer olmağa razılıq verib. "Qalatasaray" futbolçu üçün isə “Napoli”yə 50 milyon avrodan çox pul təklif edib. “Napoli”nin daha yüksək məbləğ tələb etdiyi iddia edilir.
Məlumata görə, Osimhenin qonorarları əsasən sponsorlar vasitəsilə ödəniləcək. Məlumata görə, "Əl Hilal" "Napoli"yə 75 milyon avro təklif edib. "Napoli" “Əl Hilal”ın təklifinə razılıq versə də, Osimhen ərəblərin illik 40 milyon avro təklifini qəbul etməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 07 İyul 2025 21:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















