Qalatasaray yarımmüdafiəni bu futbolçu ilə gücləndirməyə çalışacaq
Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
''Qalatasaray''ın bu transfer dönəmində mütləq bir mərkəz yarımmüdafiəçisi alacağı gözlənilir.
"Football-plus.az" xəbər verir ki, baş məşqçi Okan Buruk rəhbərlikdən ilk növbədə məhz bu mövqenin gücləndirilməsini tələb edib.
Daha öncədən İstanbul nəhənginin gündəmində olan iki futbolçunun transferinin bu qış baş tytmayacağı məlum olub. Söhbət Əmrə Can və Jedson Fernandeşdən gedir. Dortmund ''Borussiya''sının təcrübəli futbolçusu Əmrə Can zədəyəmeyilli olduğundan Okan Buruk onun transferinə qarşı çıxıb. Fernandeş isə ''Beşiktaş''da bu mövsüm artıq rəsmi oyun keçirdiyindən və sonra ''Spartak''a yollandığından qışda ''Qalatasaray''a gəlməsi mümkün deyil. FİFA-nın qaydalarına görə bir futbolçu bir mövsümdə üç fərqli klubda oynaya bilməz.
Bu arada ''Qalatasaray''ın Dortmund ''Borussiya''sının digər üzvü Salih Özcana diqqətini yönəltdiyi məlum olub. İspaniyaya qarşı son oyunda Türkiyə yığmasının heyətində ilk qolunu vuran Özcan ''Beşiktaş''ın da ciddi maraq dairəsindədi. Amma iddialara inansaq, o, ''Cim-Bom''a keçməyə can atır.
27 yaşlı futbolçunun ''arılar''la müqavilə müddəti mövsümün sonunda başa çatacaq. ''Qalatasaray'' fürsətdən istifadə edərək qışda onu 2-2,5 milyon avroya heyətinə qatmağa çalışacaq. Okan Buruk da bu futbolçunu bəyənir və Torreyra ilə Lemina ikilisindən biri olmadıqda Salihin onları uğurla əvəzləyə biləcəyinə inanır. ''Borussiya''da əsas heyət üzvü sayılmayan bu futbolçu özü də DÇ-2026 öncəsi daha çox oynaya biləcəyi bir kluba yollanmaq istəyir.
Salih bu mövsüm cəmi 4 rəsmi oyunda ümumilikdə 21 dəqiqə oynamaq şansı qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 17 Dekabr 2025 12:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















