Media: ABŞ Donald Trampın dövründə Afrika ilə əlaqələri gücləndirməyə çalışacaq AZƏRTAC
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 26 dekabr, AZƏRTAC
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp vəzifəsinin icrasına başladıqdan sonra Afrika ölkələri ilə əlaqələri gücləndirəcək.
AZƏRTAC xəbər verir ki, “Jeune Afrique” jurnalı bu barədə respublikaçıların əvvəlki administrasiyasında çalışan Afrika üzrə ekspertlərə istinadla məlumat yayıb.
Ekspertlər Donald Trampın ilk prezidentlik dövründə ABŞ-ın Afrikadakı siyasətinin təhlili əsasında belə nəticəyə gəliblər. O zaman ABŞ prezidenti Keniya ilə azad ticarət sazişi ilə bağlı danışıqlara başlayıb və ticarət əlaqələrini gücləndirmək üçün 17 dövlət qurumunu birləşdirən "Prosper Africa" təşkilatını qurub. Donald Tramp, həmçinin beş il ərzində qitəyə 10 milyard dollardan çox sərmayə yatıran Beynəlxalq İnkişafın Maliyyələşməsi üzrə ABŞ Korporasiyasını təsis edib.
Buna baxmayaraq, Afrika ölkələri Donald Trampın gələcək ticarət siyasətindən və əsasən də Çin mallarına rüsumların tətbiqi ehtimalından narahatdır. Belə ki, bəzi məhsulların Çindən gələn xammaldan hazırlandığını nəzərə alsaq, Vaşinqtonun Pekinlə ticarət müharibəsi Afrika ölkələrinin ixracına da zərər vura bilər.
Qeyd edək ki, Donald Trampın andiçmə mərasimi 2025-ci il yanvarın 20-də baş tutacaq. ABŞ-ın yeni seçilmiş prezidenti Çindən narkotik qaçaqmalçılığını əsas gətirərək bu ölkədən idxal olunan bütün mallara 10 faiz əlavə rüsum tətbiq edəcəyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 26 Dekabr 2024 12:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















