“Qalatasaray”da daha bir istefa
Icma.az bildirir, Qol.az portalına istinadən.
“Qalatasaray”ın vitse-prezidenti Abdullah Kavukçu klubun idarə heyətindəki vəzifəsindən istefa verib.
QOL.az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, o, qərarını oktyabrın 27-də keçirilən iclasda klubun ikinci prezidenti Metin Öztürklə yaşadığı mübahisə ilə əlaqələndirib.
Kavukçu hadisənin, xüsusilə sosial şəbəkələrdə həqiqəti əks etdirməyən formada təqdim olunmasından təəssüfləndiyini bildirib.
"İki rəhbər arasında yaşanan mübahisənin fərqli şəkildə təqdim olunaraq klubun hədəflərinə və birliyinə zərər vurmasını istəmirəm. Şəxsi məsələlərin “Qalatasaray”ın nüfuzuna və sabitliyinə kölgə salmaması üçün istefa vermək qərarına gəldim. Kluba bağlılığım heç bir vəzifə və titulla məhdudlaşmır. Bundan sonra da onun uğurları üçün çalışacağam.
Qeyd edək ki, Metin Öztürk də oktyabrın 27-dəki iclasda baş verən mübahisədən sonra istefa verib. O, hadisə zamanı fiziki hücuma məruz qaldığını və mərhum anasının təhqir edildiyini iddia edib. Öztürk klubun və ona bağlı şirkətlərin idarə heyətlərindəki vəzifələrindən ayrıldığını açıqlayıb.
Baxış sayı:104
Bu xəbər 01 Noyabr 2026 20:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















