“Qalatasaray”da Abdullah Kavukcu da istefa verib
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Qalatasaray”ın İdarə Heyətinin sədr müavini Abdullah Kavukcu vəzifəsindən istefa verib.
Apasport.az xəbər verir ki, klub rəsmisi bu barədə açıqlama yayıb.
Kavukcu oktyabrın 27-də keçirilən İdarə Heyətinin iclasından sonra klubun vitse-prezidenti Metin Öztürklə aralarında mübahisə yaşandığını bildirib. O, hadisənin sosial şəbəkələrdə şişirdilərək və həqiqəti əks etdirməyən formada təqdim olunmasından təəssüfləndiyini vurğulayıb.
Klubun nüfuzuna və birliyinə zərər dəyməməsi üçün İdarə Heyətinin üzvlüyündən ayrılmaq qərarına gəldiyini açıqlayan Kavukcu “Qalatasaray”a bundan sonra da dəstək olacağını qeyd edib.
Qeyd edək ki, bu gün keçirilən iclasda Abdullah Kavukcu ilə Metin Öztürk arasında qarşılıqlı sözlü mübahisə baş verib. Hadisədən sonra Öztürk də klubdakı vəzifələrindən istefa verdiyini açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 01 Noyabr 2026 19:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















