“Qalatasaray”dan Sinqo açıqlaması “Tamamilə yalandır”
Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.
“Qalatasaray” Vilfrid Sinqonun zədəsi ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirib.
Apasport.az xəbər verir ki, İstanbul klubu rəsmi açıqlamasında futbolçunun zədəsi ilə bağlı ortaya atılan bəzi iddiaların həqiqəti əks etdirmədiyini bəyan edib.
Klub bildirib ki, Sinqonun zədələndiyi ilk gündə aparılan müayinələr zamanı onun sağ budunun arxa əzələ qrupunda BAMIC 3C tipli zədə – əzələ, fassiya və tendonu əhatə edən orta-ağır dərəcəli dartılma, zədələnmə və qanaxma aşkarlanıb.
“Qalatasaray”ın məlumatına görə, 25 yaşlı müdafiəçinin müalicəsi əvvəlcədən müəyyənləşdirilmiş plan üzrə davam edir.
Klub Sinqonun axilles vətərinin qopması, həmçinin “Qalatasaray”a transfer olunarkən xroniki zədəsinin olması barədə yayılan xəbərləri isə qəti şəkildə təkzib edib:
“Futbolçumuzun axilles vətərinin qopduğu və ya ‘Qalatasaray’a transfer prosesi zamanı xroniki zədəsinin olduğu barədə xəbərlər qəsdən yayılan və tamamilə yalan məlumatlardır”.
“Qalatasaray” azarkeşlərini futbolçunun durumu ilə bağlı yalnız klubun rəsmi kanallarından yayılan məlumatlara etibar etməyə çağırıb.
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA Eriksen Almaniya klubundan ayrıldı - RƏSMİ Frankulinyonun "astarı üzündən baha gəldi" – “Trabzonspor” 25 milyon ödəyəcək “Barselona”nın 14 yaşlı yeni "qol maşını" – 30 oyunda 96 qol Avroliqadan həvəskar liqaya – “Yeni Malatyaspor”un çöküşü
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 24 Sentyabr 2026 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















