Icma.az
close
up
RU
Qalayçı: Misdən hazırlanmış qablara, samovarlara tələbat indi də var FOTO VİDEO AZƏRTAC

Qalayçı: Misdən hazırlanmış qablara, samovarlara tələbat indi də var FOTO VİDEO AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bərdə, 25 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Xalqımızın tarix boyu yaratdığı bir çox sənət növləri kimi, qalayçılıq da nəsildən-nəslə keçərək dövrümüzədək gəlib çatıb. Ulu babalarından yadigar qalan qalayçılığı bu gün Bərdədə yaşadan sənətkarlardan biri Əliəkbər Hacıoğludur.

Əliəkbər Hacıoğlu AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, babası, atası, qardaşları qalayçılıq sənəti ilə məşğul olublar: “Gözümü açandan bu sənəti görmüşəm və gənc yaşlarımdan qalayçılıqla məşğulam. Bu qədim sənəti yaşadır, insanlara xidmət edirəm. Əvvəllər misgərliklə də məşğul olurduq. Qazanlar, kasalar, müxtəlif qablar düzəldirdik. İndi tələbat olmadığı üçün əsasən təmir işləri ilə məşğulam. İnsanların məişətdə istifadə etdikləri köhnə əşyaları, qabları, samovarları təmir edirəm”.

Əlbəttə, texnoloji avadanlıqların, o cümlədən məişət əşyalarının kütləvi və çeşidli istehsalının olduğu müasir dövrdə misgər-qalayçılıq da unudulmaq üzrədir. Ancaq Əliəkbər usta işindən heç də narazı deyil. “Elektronikanın inkişaf etdiyi indiki dövrdə bu sahəyə maraq bir qədər azalsa da, insanlar hələ də məişətdə köhnə əşyaları, mis qabları istifadə edirlər. Tavalar qalaylanmasa, yenilənməsə, ondan istifadə etmək olmaz. İnsanlar samovarda çay qaynatmağı xoşlayır. Hazırda çox adam elektrik samovarlarına deyil, kömür samovarlarına üstünlük verir. İnsanlarımız hələ də kasaları, parçları və digər qədim əşyaları məişətdə istifadə edirlər. Odur ki, misdən hazırlanmış qablara, kömür samovarlarına tələbat indi də var”, - deyə o bildirib.

İşini çox sevdiyini deyən usta bu sənətdən ayrılmağı heç vaxt düşünmədiyini deyib: “Mən bu sənəti sevmişəm, çörəyim bu işdən çıxır. Heç vaxt başqa işlə məşğul olmağı düşünməmişəm. Daha çox köhnə mis əşyaların, xüsusən də samovarların təmirini sevirəm. Bəzən saatlarla bir samovarın üstündə işləyir, onu əvvəlki halına gətirmək üçün çalışıram və bundan zövq alıram. Elə olur ki, qədimi qablar gətirirlər. Pozulmuş özünəməxsus naxışları bərpa edirəm. Məsələn, bu tackababın qapağıdır. Bunun üzərində Təbriz naxışları var. Bunu hər bir qazana qoymaq olmaz, öz qabı olmalıdır. Bunun hər bir naxışını bərpa etmişəm”.

Əliəkbər usta unudulmaqda olan bu el sənətini yaşatdığına görə məmnundur. Deyir ki, ailəsində sənətini davam etdirən olmasa da, şagirdləri qalayçılıqla məşğul olurlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Noyabr 2024 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see257

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see197

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see140

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see140

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see135

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see128

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see128

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see127

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see127

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see127

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see127

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see124

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri