Icma.az
close
up
RU
Qalib dövlət modeli: suverenlik, milli təhlükəsizlik və misilsiz inkişaf yolu

Qalib dövlət modeli: suverenlik, milli təhlükəsizlik və misilsiz inkişaf yolu

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanın müasir inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs və bu kursu uğurla davam etdirən Prezident İlham Əliyevin fəaliyyəti ilə sıx bağlıdır. Məhz bu ardıcıl və məqsədyönlü siyasət nəticəsində ölkəmiz sabitlik, tərəqqi və davamlı inkişaf yoluna çıxmışdır.

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin 2003-cü ildən etibarən ölkəyə rəhbərlik etdiyi dövr Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf mərhələsi kimi daxil olub. 2003-cü il oktyabrın 15-də keçirilmiş prezident seçkilərində seçicilərin 76 faizdən çox səsini toplayaraq inamlı qələbə qazanan cənab İlham Əliyev ötən 22 il ərzində Azərbaycanın qazandığı misilsiz uğurların müəllifi kimi tarixə düşüb. Həmin seçkilərdə xalq öz səsini Heydər Əliyev siyasətinin davam etdirilməsinə, sabitliyin və inkişafın qorunmasına verdi. Beləliklə, Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə, əslində, Ulu Öndərin siyasi kursuna sadiqliyini bir daha nümayiş etdirdi. Ulu Öndərin əsasını qoyduğu daxili və xarici siyasət xəttinin ardıcıl və uğurla davam etdirilməsi nəticəsində Azərbaycan bu gün regionun lider dövlətinə çevrilib. Gənc dövlətin möhkəm təməllər üzərində inkişafı, həyata keçirilən strategiyanın səmərəliliyi Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, siyasi iradəsi, uzaqgörənliyi və çevik idarəetmə bacarığı sayəsində mümkün olub. Prezident İlham Əliyev müasir cəmiyyətdə lider obrazının əsas xüsusiyyətlərini özündə birləşdirir. O, Heydər Əliyev ideyalarının layiqli davamçısı olmaqla yanaşı, dəyişən qlobal və regional reallıqlar fonunda ölkənin milli maraqlarını qətiyyətlə qoruyan güclü siyasi lider olduğunu sübut edib. Müstəqil siyasətin əsasında liderin şəxsi keyfiyyətləri, rasional idarəetmə modeli və cəsarətli qərarvermə bacarığı dayanır. Prezident İlham Əliyevin də vurğuladığı kimi, ləyaqətli siyasət, cəsarət və gələcəyə hesablanmış aydın strategiya müstəqil siyasətin əsas şərtləridir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə bütün sahələri əhatə edən sistemli islahatlara aparılmış. Bu islahatlar nəticə etibarilə Azərbaycanın əsas strateji məqsədinə – ərazi bütövlüyünün və suverenliyinin bərpasına yönəlmişdir. Tarix sübut etdi ki, düşünülmüş və uzaqgörən siyasət öz bəhrəsini verdi.Azərbaycan Respublikasını Prezidenti ,Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə Müzəfər Ordumuzun sücayəti ilə 44 günlük Vətən müharibəsi və 23 saatlıq antiterror tədbirləri nəticəsində torpaqlarımız işğaldan azad edildi, dövlət suverenliyi tam bərpa olundu. Bu gün Azərbaycanda xalq-iqtidar birliyi islahatların və siyasi kursun səmərəliliyini təmin edən əsas strateji faktorlardan biridir. 2018-ci ildən etibarən geniş vüsət alan islahatlar siyasi sferanı da əhatə edərək ölkədə yeni siyasi konfiqurasiyanın formalaşmasına gətirib çıxardı. Siyasi partiyalar arasında sağlam dialoq mühiti yarandı, ümummilli məsələlərdə vahid mövqe formalaşdı. Xüsusilə 44 günlük Vətən müharibəsi dövründə siyasi partiyaların Ali Baş Komandana və Orduya birgə dəstək nümayiş etdirməsi milli həmrəyliyin bariz nümunəsi oldu. Bu kontekstdə hakim Yeni Azərbaycan Partiyasının rolu xüsusi vurğulanmalıdır. Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu YAP ötən 33 ildə ölkənin aparıcı siyasi qüvvəsinə çevrilib. Partiya hər zaman milli maraqlara söykənən siyasətin təşəbbüskarı olub və regionun ən güclü siyasi təsisatlarından biri kimi tanınıb. 2021-ci ildə keçirilmiş VII Qurultay Yeni Azərbaycan Partiyasının yeni dövrün çağırışlarına uyğun yenilənməsini təmin edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın daxili və xarici siyasəti müstəqillik və suverenlik prinsiplərinə əsaslanır. Ölkəmiz enerji, nəqliyyat, logistika və təhlükəsizlik sahələrində qlobal əhəmiyyətli layihələrin təşəbbüskarıdır. Azərbaycanın iqtisadi gücü regional və qlobal böhranların təsirini minimuma endirəcək səviyyəyə yüksəlib. Cənubi Qafqaz iqtisadiyyatının təxminən 80 faizini təşkil edən Azərbaycan iqtisadiyyatı regionda lider mövqeyə malikdir. Sosial siyasət Prezident İlham Əliyevin fəaliyyətində prioritet istiqamətlərdən biridir. Dövlət başçısının sosial dövlət fəlsəfəsinin əsasında hər bir vətəndaşın layiqli həyat səviyyəsinin təmin olunması prinsipi dayanır. “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” fikri bu siyasətin mahiyyətini aydın şəkildə ifadə edir. Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi də Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsidir. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyü, Qoşulmama Hərəkatına sədrlik, COP29 kimi qlobal tədbirlərə ev sahibliyi ölkəmizin artan beynəlxalq nüfuzunun göstəricisidir. Azərbaycan eyni zamanda mədəniyyətlərarası dialoq, multikulturalizm və tolerantlıq məkanı kimi tanınır. Müasir Azərbaycan tarixinin ən parlaq səhifəsi isə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbədir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşmən üzərində qəti Zəfər qazanaraq ölkənin ərazi bütövlüyünü bərpa etdi. Bu Qələbə uzun illər aparılan düşünülmüş siyasətin, güclü ordu quruculuğunun və xalq birliyinin məntiqi nəticəsi oldu. Bu gün azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda Böyük Qayıdış Proqramı uğurla icra edilir, yeni şəhər və kəndlər salınır, müasir infrastruktur qurulur. Azərbaycan yalnız öz maliyyə resurslarına arxalanaraq regionun yeni inkişaf modelini yaradır.
Tarixi Qələbə Azərbaycanın milli iradəsinin və əzmkar mübarizəsinin təntənəsi olmaqla yanaşı, bölgədə də ədalətin, sülhün və sabitliyin bərqərar olunmasına imkan qazandırıb. Bu ilin avqust ayında Vaşinqtonda, Ağ Evdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazı sülh məkanına çevirməsində mühüm mərhələ oldu.
Vaşinqton Zirvəsi çərçivəsində, ATƏT-in Minsk qrupunun və əlaqədar strukturların bağlanması üçün edilmiş birgə müraciətə uyğun olaraq noyabrın 30-da Minsk Prosesi və onun əlaqəli strukturlarının bağlanması yekunlaşdırılmışdır, bununla da keçmiş münaqişənin qalıqları da aradan qaldırıldı.
Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan siyasət yalnız daxili inkişafı deyil, həm də regionda yeni sülh və təhlükəsizlik reallıqlarının formalaşmasını təmin edir.
Artıq qalib xalqın qalib Lideri, Zəfər Səlnaməsinin müəllifi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ən yüksək kürsüdən – BMT tribunasından dünya ictimayətinə tarixi ədaləti və beynəlxalq hüququ savaş meydanında bərpa edərək sülhun əldə olunması təcrübəsini bölüşür.
Əminliklə demək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qarşıdakı dövrdə də yeni tarixi uğurlara imza atacaq, güclü, müasir və qalib dövlət kimi inkişafını davam etdirəcəkdir.

Sevinc Hüseynova
YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:19
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Dekabr 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see175

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see128

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri