“Qalib gələ bilmədiyimiz üçün məyusuq” Fernandu Santuş Yeni Sabah
Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Əlimizdən gələni etsək də, qalib gələ bilmədik".
"Report"un Qəbələyə ezam olunan əməkdaşı xəbər verir, bunu Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasının V turunda Estoniya ilə keçirilən matçdan sonra mətbuat konfransında bildirib.
Təcrübəli mütəxəssis qələbə qazanmaq üçün əllərində gələni etdiklərini bildirib:
"Rəqib komandanın qapıçısı çox yaxşı oyun nümayiş etdirdi. İlk 20 dəqiqə bərabər səviyyədə keçdi. Demək olar ki, hər iki komanda təhlükəli qol epziodları yarada bilirdi. 20 dəqiqədən sonra isə futbolçularım ancaq hücum futbolu nümayiş etdirdilər. Əlimizdən gələni etsək də, qalib gələ bilmədik. Futbolda bu cür nəticələr olur. Futbolçularımız bu oyuna xüsusi yanaşırdılar. Qalib gələ bilmədiyimiz üçün məyusuq. Rəqib komanda çox yaxşı müdafiə olunurdu".
Qeyd edək ki, Azərbaycan yığması C Liqasının I qrupunun oyununda Qəbələdə Estoniya ilə qolsuz bərabərə qalıb.
Baxış sayı:109
Bu xəbər 16 Noyabr 2024 21:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















