Icma.az
close
up
RU
Qalib Liderdən dost məsləhəti və ya Ukrayna üçün qələbə formulu

Qalib Liderdən dost məsləhəti və ya Ukrayna üçün qələbə formulu

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Xankəndində keçirilən III Şuşa Qlobal Media Forumunda Azərbaycan prezidenti İlham Əliyevin çox maraqlı açıqlamaları oldu.

Suallara açıq və əhatəli cavablar verdi. Həmin suallar arasında Ukraynalı jurnalistin - "Qordon" Media Qurumunun təsisçisi Dmitro Qordonun sualına verilən cavab da vardı və bu cavabın mətni dünya mediasını sürətlə dolaşdı, çox geniş şərh olundu.

Dmirto Qordonun sualı belə idi: "Artıq neçə ildir ki, biz Ukrayna dövlətinin varlığı uğrunda çox ağır müharibə şəraitində yaşayırıq. Siz qalib xalqın Lideri kimi Ukraynaya və ukraynalılara hansı tövsiyələri verə bilərsiniz?"

Bu suala Prezident İlham Əliyevin cavabı çox geniş idi. Ona görə də əsas tezislər üzərindən şərh etməyə çalışaq.

Birincisi, ölkə prezidenti Ukrayna xalqına və dövlətinə işğalla barışmamağı tövsiyə etdi. Bu tövsiyənin içində Ukraynadakı hazırkı vəziyyətin konstatasiyası da var: Ukraynanın əraziləri işğal olunub və əgər Ukrayna xalqı, Ukrayna dövləti qələbə istəyirsə, bu işğal faktı ilə heç bir halda və heç bir formada barışmalı deyil. İndi öz ərazi bütövlüyündən, suverenliyindən hansısa güzəştlər etsə, sonrakı dövrlərdə Ukrayna o güzəştləri geri qaytara bilməyəcək.

Burada işğalçı tərəf Rusiya, ərazisinin bir hissəsi işğal olunan ölkə isə Ukraynadır. Azərbaycan prezidenti bu işğalçının adını çəkməsə də, işğal faktını açıq və net olaraq vurğuladı. Eyni zamanda Dmitro Qordonun sualına verdiyi bu cavabla, Azərbaycan prezidenti bir məsələyə də nöqtəni qoydu: Ukraynanın Krım Respublikası başda olmaqla bu ölkənin işğal olunmuş torpaqlarını rəsmi Bakı Rusiya ərazisi kimi tanımır və heç vaxt da tanımayacaq.

Azərbaycanın bu mövqeyi Ukrayna xalqına və dövlətinə çox böyük mənəvi və siyasi dəstək olmaqla yanaşı, ən başlıcası, beynəlxalq hüquqa və ədalətə uyğundur.

Ədalət demişkən, prezident İlham Əliyev Azərbaycanın yaxın keçmişdə üzləşdiyi acı təcrübəni misal gətirərək, beynəlxalq vasitəçilərin Ukraynanı da ədalətsiz həll variantlarına sövq edə biləcəyinə işarə edib və Ukrayna xalqının, dövlətinin bununla barışmaması zərurətini vurğulayıb.

Prezident Ermənistan-Azərbaycan münaqişəsinin guya nizamlanması ilə 28 il "məşğul olmuş" ATƏT-in Minsk Qrupunu misal gətirib. O deyib ki, müəyyən aktorlar Azərbaycana o zamankı hərbi reallığı qəbul etməyi, işğalla barışmağı təklif edib. Azərbaycan isə prinsipial mövqe tutaraq, bununla razılaşmayıb. Yəni Ukraynaya da indiki hərbi reallığı qəbul etdirməyə çalışa bilərlər və ya hətta bəlkə çalışırlar - Kiyevə bu mesaj da göndərilib.

Başqa bir mesaj isə birbaşa Ukrayna dövlətinin rəhbərinə ünvanlanıb. Prezident İlham Əliyev deyib ki, o, qələbədən əvvəl məcburi köçkünlərlə hər görüşündə torpaqların işğaldan azad olunacağını deyirdi və köçkünlərin gözlərində bu sözlərə inamın əvvəlkinə nisbətən azaldığını da görürdü. Ancaq o özü dövlət başçısı olaraq, bugünkü tarixi qələbəyə inamını heç vaxt itirmirdi. Yəni Ukrayna dövlətinin indiki rəhbəri də, bu müharibə uzun çəkərsə, gələcəkdəki rəhbərlər də heç vaxt qələbəyə inamı itirməməlidir. Hətta cəmiyyətdə bu inam zəifləsə də, dövlət rəhbəri, hakimiyyət bir an da olsun, tərəddüdə düşməsin. Əks halda torpaqları əbədi itirəcəklər. Ona görə də Azərbaycan prezidenti Ukraynaya dost məsləhəti olaraq təkrar-təkrar deyib: "...heç vaxt təslim olmamaq və heç vaxt ərazi bütövlüyünün pozulması ilə barışmamaq".

Nəhayət, prezident İlham Əliyev Azərbaycanın döyüş təcrübəsindən və qələbə faktından çıxış edərək uğur "resepti"nin ən əsas bəndini xatırladıb. O deyib: "Əlbəttə, ən vacib amil cəmiyyətin həmrəyliyidir. Həmrəyliyin Prezident, Ali Baş Komandan olaraq mənə verdiyi mənəvi güc çox böyük idi. Əmin idim ki, xalq mənim arxamda dayanacaq. Bu da yəqin ki, həlledici amillərdən biri oldu".

Prezidentin bu sözlərindən belə məna çıxır: Ukrayna xalqı qələbə istəyirsə, təkcə işğalla barışmamaq yetərli deyil, həm də dövlət başçısına, Silahlı Qüvvələrin Ali Baş Komandanına, bütövlükdə dövlətə və orduya hamılıqla mənəvi dəstək verməli, həmrəylik göstərməlidir.

Bu cavabın təhlilindən göründüyü kimi, özü zamanında işğaldan əziyyət çıkmiş Azərbaycan xalqı, onun rəhbəri olaraq İlham Əliyev Ukrayna xalqının və dövlətinin düşdüyü vəziyyəti dərindən anlayır və ağrılarını bölüşür. İşğalçının da, işğala məruz qalanın da kim olduğunu açıq mətnlə deyir. Çünki Azərbaycan özü işğalçı ilə işğala məruz qalanın bir tutulmasından, hətta işğalçının haqlı çıxarılması cəhdlərindən də əziyyət çəkib. Bunları Azərbaycan çox yaxın tarixdə real olaraq yaşayıb, bilir. Eyni zamanda Ukrayna xalqına və dövlətinə qələbənin yollarını da göstərir. Bu kontekstdə Dmitro Qordonun sualı da, Prezident İlham Əliyevin cavabı da tarixə düşdü və bu haqda hələ çox danışılacaq və bu mesajlar hələ çox şərh olunacaq. Biz də bacardığımız qədər öz şərhlərimizi verməyə çalışdıq.

Bahəddin Həzi,

Orxan Musabəyli,

Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 20 İyul 2025 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see456

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see364

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see294

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see287

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see280

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see257

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see241

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see241

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see235

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see228

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see227

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see220

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see217

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see214

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see206

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see205

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see193

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see184

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see184

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri