Icma.az
close
up
RU
Qalib və güclü ilə danışarkən həddinizi biləcəksiniz Deputat Avropa Parlamentinə qəzəbləndi

Qalib və güclü ilə danışarkən həddinizi biləcəksiniz Deputat Avropa Parlamentinə qəzəbləndi

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Avropa Parlamenti Azərbaycana qarşı növbəti qərəzli qətnaməni qəbul edib və məlum qətnamənin həqiqətlə, reallıqla əlbəttə ki, aşağı-yuxarı heç bir əlaqəsi yoxdur".

Redaktor.az xəbər verir ki, bunu deputat Elşən Musayev parlamentin bu gün keçirilən plenar iclasında dedi. 

Onun sözlərinə görə, bu, ilk presedent deyil və ölkəmiz zaman-zaman belə ədalətsiz davranışlarla üzbəüz qalıb:

"Amma paralel fonda da heç vaxt düzgün bildiyimiz yoldan sapmamışıq, oxşar və mənasız tələblərə əhəmiyyət verməmişik, bundan sonra da verməyəcəyik.

Qətnamədə insan hüquqlarından bəlli və konkret insanların guya pozulmuş hüquqlarından bəhs edirlər. Üstəlik, bu qeyri-etik kontekstdə elə birilərinin adı keçir ki, onların bəziləri məhz insanlıq əleyhinə cinayətlər törədiblər və bəşəriyyət üçün təhlükəli olan ekstremizmi, separatizmi təbliğ ediblər.

Kimdir Bəhruz Səmədov, İqbal Qəbulov, ya da Əli Kərimli? Xarici xüsusi xidmət orqanlarının əlində oyuncaq olanlar, mənsub olduqları dövləti onurğa sütunundan sarsıtmağa çalışanlar, milli dəyərləri təhqir edənlər və cinayəti, cinayətkarlığı öz həyat kredosuna çevirənlər.

Avropa Parlamenti nə təəssüf ki, bu gün belə ünsürlərin müdafiəsindədir və ondan da böyük təəssüf ki, həmin müdafiəni Leyla Yunusun siyahısına bənzəyən, eyni zamanda digər anti-Azərbaycan qüvvələrin təqdim etdiyi siyahılar əsasında qurmağa çalışır. Hərçənd həmin parlamentarilər iki vacib məqamı qətiyyən unutmamalı, daim xatırlamalı, hətta imkan olsa qulaqlarına sırğa etməlidirlər".

Deputat bildirdi ki, Azərbaycanda söz azadlığı, siyasi mübarizə azadlığı, dini etiqad azadlığı olsa da, təhqir azadlığı, təxribat azadlığı, konstitusion quruluşu zorla dəyişmək azadlığı, Vətənə xəyanət azadlığı deyə bir şey yoxdur:

"Kimsə bu icraatı tətbiq və ya müdafiə edəcəksə, o zaman cavabını da mütləq alacaq. Həm siyasi, həm də hüquqi müstəvidə. Unutmayın ki, bura nə insan hüquqları devizi altında dırnaqarası ağ günə çıxardığınız Ukraynadır, nə QHT-lər üzərindən qarışdırmağa çalışdığınız Gürcüstandır, nə də bir başqası. Bura qalib və güclü Azərbaycandır. Ona görə də qalib və güclü ilə danışarkən həddinizi biləcəksiniz. Danışarkən də, danışdırarkən də".

Aminə ŞAHSUVARQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Dekabr 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see611

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see241

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see240

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see229

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see227

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see207

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see205

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see187

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see186

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see183

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see166

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see163

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see153

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see152

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see147

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri