Icma.az
close
up
RU
Qalib xalqımızın həmrəyliyini pozmağa çalışanlara imkan vermək olmaz

Qalib xalqımızın həmrəyliyini pozmağa çalışanlara imkan vermək olmaz

Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.


elekanalların da, aparıcıların da vətəndaş məsuliyyətlərini başa düşmək dövrü çoxdan çatıb. Efirdə yayımlanan istənilən verilişə görə təkcə o verilişin müəllifi, aparıcısı deyil, telekanal da məsuliyyət daşımalıdır. Bu baxımdan sözünün təyinatını və məsuliyyətini səhv salan, son günlər ölkədə məcburi köçkünlərə qarşı mənfi münasibət formalaşdırmağa çalışan və cəmiyyətdə parçalanmaya zəmin yaradan bir aparıcının ucbatından “Space TV” kanalının yayımının 6 saatlıq dayandırılması barədə Audiovizual Şura tərəfindən qərar qəbul edilməsi düzgün addımdır. Lakin hesab edirəm ki, bu, yetərli deyil. Həmin aparıcının özünü də, ümumiyyətlə, efirdən uzaqlaşdırmaq lazımdır.
Cəmiyyətə ayrıseçkiliyin təbliğini və nifrəti aşılayan şəxslərin yeri efir yox, psixi sağlamlıq mərkəzidir. Zəbt etdiyi evdən çıxmaq istəməyən və onu başqasına satmaq istəyən bir nəfər cahil və fürsətçi şəxsə görə 1 milyon keçmiş məcburi köçkünün hamısını hədəf almaq və paytaxt sakinlərini, ölkə vətəndaşlarını köçkünlərə qarşı aqressiv əhval-ruhiyyəyə kökləmək, onların barəsində həqiqətə uyğun olmayan ifadələr işlətmək doğrudan da çox böyük məsuliyyətsizlikdir. 32 ildir girdiyi evdən "çıxmıram" deyib dirənən hansısa bir axmağın, yaramazın telefonda, səsli mesajda söylədiklərini bütöv bir bölgənin, yüzminlərlə məcburi köçkünün ayağına yazıb ümumi danşmaq peşəkar jurnalistikanın prinsiplərinə də ziddir.
O jurnalist xanım ya məqsədyönlü şəkildə, yadaki bilməyərəkdən böyük bir təxribata yol verib və ictimai rəydə ciddi gərginliyə səbəb olub. Trol profillər də fürsətdən istifadə edib hazırda köçkün mövzusunu gün-gündən daha da tirajlayır. "Beşinci kolon" hərəkətə keçib. Mütəşəkkil iş gedir və bu proseslər yaxşı heçnə vəd etmir. Qələbəmizi həzm edə bilməyənlərin əllərinə fürsət düşüb. Reytinq xətrinə, gündəm olmaq üçün aglına gələni danışan məsuliyyətsiz bir aparıcı xanımın səhvi nəticəsində indi anonim qüvvələr sosial media üzərindən milləti bir-birinə vuruşdurmaqla, insanların hissləri ilə oynamaqla, bölgəçiliyi körükləməklə, düşmənin dəyirmanına su tökməklə məşğuldurlar.
Bu gün "Böyük Qayıdış" proqramının icrası uğurla davam etdirilir. Azad edilmiş şəhər və kəndlərimizə demək olar ki, hər gün köç karvanları yola salınır. Elə bu gün də Xocalının iki kəndinə - Seyidbəyli və Daşbulaq kəndlərinə ilk köç karvanları yola salındı. Köç prosesi mərhələli, planlı şəkildə həyata keçirilir. Ancaq reytinq xəstəsi olan məlum aparıcı xanım isə bütün bu müsbət işləri işıqlandırmaqdan vaz keçib, "qaşınmayan yerdən qan çıxarmaq" anlayışı ilə hərəkət edir. Və beləliklə, keçmiş məcburi köçkünlərlə paytaxt sakinlərini üz-üzə qoymaq istəyənlər üçün ideal fürsət yaranır. Sanki məqsədli şəkildə məcburi köçkünlərə qarşı, qarabağlılara (qubadlılılara, laçınlılara, ağdamlılara və başqalarına) qarşı ictimai nifrət formalaşdırılır. İnsanlarımızı yenidən regionlara bölürlər.
Köçkünlərin, qaçqınların şərəf və ləyaqəti təhqir edilir. Adını "jurnalist" qoyan bir məsuliyyətsizin ucbatından indi ölkə vətəndaşları sosial şəbəkələrdə üz-üzə qoyulur. Bir vətəndaşımızın yazdığı kimi 30 ildə ermənilərin parçalaya bilmədiyi xalqımızı bu gün hansısa bir aparıcı parçalamağa çalışır. Keçmiş "Qarabağ məsələsi"nin tarixə çevrildiyi, Böyük Qayıdışın get-gedə sürətləndiyi və sülhün tam olaraq yaxınlaşdığı bir məqamda bir aparıcı ölkə daxilində ayrı-seçkilik yaradan sözlər işlədir. Bunun adı ara qarışdırmaqdan, təxribatçılıqdan başqa bir şey deyil.
Biz ucuz şöhrət xəstələrinin, təxribatçıların, "5-ci kolon"çuların milli birliyimizi zədələməsinə əsla yol verməməliyik. Bu gün bölünmək, qütbləşmək yox, birləşmək, bütövləşmək vaxtıdır. Qalib xalqımızın həmrəyliyini pozmağa çalışanlara imkan vermək olmaz. Qarşıdurma yaradanlar, xalqı bir birinə qarşı qoyanlar, düşmənin dəyirmanına su tökənlərlə bağlı dövlət özü lazımi tədbirlər görəcək. Biz isə birliyimizi, həmrəyliyimizi qorumaq üçün səy göstərməliyik. Həmrəylik Azərbaycan xalqının ən güclü silahıdır.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 13 Sentyabr 2025 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see264

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see255

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see246

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see196

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see185

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see180

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see157

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see156

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see153

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see145

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see144

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see142

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri