Qalibaf ABŞ yə xəbərdarlıq etdi: “Oyun qaydaları dəyişib“
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"ABŞ hakimiyyəti oyun qaydalarının dəyişdiyini və bundan sonra İranın daha sərt və ağrılı cavab zərbələri endirəcəyini dərk etməlidir".
Moderator.az TASS-a istinadən xəbər verir ki, bunu İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf bəyan edib.
"Simmetrik cavablar"ın keçmişdə qaldığını bildirən Qalibaf qeyd edib ki, İranın son əməliyyatlar zamanı ABŞ-nin bazalarına endirdiyi zərbələr yalnız başlanğıc olub.
"Əgər onlar bunu hələ də anlamayıblarsa, o zaman nə qədər gec deyilsə, dərk etməlidirlər: oyun qaydaları dəyişib. Bundan sonra İranın mənafelərinə və təhlükəsizliyinə qarşı hər bir qəsd "daha sürətli, sərt və ağrılı" cavabla qarşılaşacaq", - deyə o, parlamentin iclası başlamazdan əvvəl bildirib.
Xatırladaq ki, sentyabrın 1-də ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İrandakı hədəflərə bir sıra zərbələr endirildiyini açıqlayıb. İran isə cavab olaraq BƏƏ, İordaniya, İraq və Bəhreyn də daxil olmaqla, ABŞ-nin hərbi bazalarına zərbələr endirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 06 Sentyabr 2026 15:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















