Gec olmadan başa düşməlidirlər ki, oyunun qaydaları dəyişib Qalibaf
Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bundan sonra İrana qarşı hər hansı təcavüzə daha sürətli və ağır cavab veriləcək.
"Report" IRIB-yə istinadən xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf deyib.
"Mütənasib cavablar dövrü başa çatıb. ABŞ-ni hərbi və diplomatiya meydanında məğlub etdiyimiz kimi, iqtisadi müharibədə də məğlub edəcəyik", - o bildirib.
Qalibaf qeyd edib ki, ABŞ bazalarına endirilən zərbələr sadəcə başlanğıcdır:
"Əgər bu günə qədər anlamayıblarsa, gec olmadan başa düşməlidirlər ki, oyunun qaydaları dəyişib və bundan sonra İranın maraqlarına və təhlükəsizliyinə qarşı hər hansı bir təcavüz daha sürətli, daha ağır və daha ağrılı cavab alacaq".
Baxış sayı:133
Bu xəbər 06 Sentyabr 2026 13:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















