Qalibaf Sürixə çatan kimi O MESAJI VERDİ FOTOLAR
Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
Xəbər verdiyimiz kimi, İranın yüksək vəzifəli rəsmilərindən ibarət geniş tərkibli nümayəndə heyəti İsveçrəyə səfər edib.
Moderator.az xəbər verir ki, bu barədə İranın rəsmi İRNA agentliyi məlumat yayıb.
Məlumata görə, “Minab 168” adlandırılan İran heyəti şənbə günü axşam saatlarında Sürix şəhərinə enib. Kritik müzakirələr aparacağı gözlənilən nümayəndə heyətinə İslami Şura Məclisinin (Parlament) sədri Məhəmməd Baqir Qalibaf rəhbərlik edir.
Heyətdə xarici işlər naziri Abbas Əraqçi, Ali Milli Təhlükəsizlik Şurası Katibliyinin beynəlxalq məsələlər üzrə müavini Əli Baqiri, Mərkəzi Bankın sədri Əbdülnasir Himməti, neft nazirinin müavini və İran Milli Neft Şirkətinin prezidenti Həmid Burd, Kazım Qəribabadi və xarici işlər nazirinin müavini İsmayıl Bəqayi yer alıb.
Siyasi və iqtisadi elitanın bu dərəcədə geniş tərkiblə Avropaya yollanması Sürixdə çox mühüm diplomatik gedişlərin və ya rəsmi Tehrana qarşı sanksiyalarla bağlı kritik qərarların müzakirə olunacağından xəbər verir.
Sürix şəhərinə daxil olduqdan dərhal sonra nümayəndə heyətinin rəhbəri Məhəmməd Baqir Qalibaf "X" (keçmiş Twitter) sosial şəbəkəsindəki şəxsi səhifəsində diqqətçəkən paylaşım edib.
O, ölkə daxilindəki mühafizəkar kütləyə və şəhid ailələrinə xitabən emosional bəyanat yayıb:
"Minabın məzlum uşaqlarını və əziz İranın bütün şəhidlərini hər an öz əməl və rəftarımın şahidi bilirəm. Onlar bizi görürlər və bizdən gözləntiləri var. Allah eləsin ki, məzlum şəhidlər və İran milləti qarşısında xəcalətli olmayım və üzüağ şəhid dostlarıma qovuşum; onlara qovuşmaq üçün anları sayıram". /Musavat.com/


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:173
Bu xəbər 21 İyun 2026 10:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















