Icma.az
close
up
RU
Qalmaqalın böyüdüyü Çexiyada müxalifət hökumətə etimadsızlıq votumu tələb edir

Qalmaqalın böyüdüyü Çexiyada müxalifət hökumətə etimadsızlıq votumu tələb edir

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Praqa, 12 iyun, AZƏRTAC

Çexiyanın ANO müxalifət partiyası bitkoin qalmaqalı ilə əlaqədar Petr Fialanın koalisiya hökumətinə etimadsızlıq ifadə etmək üçün parlament iclasının çağırılması tələbində israr edir.

AZƏRTAC bundan əvvəl xəbər vermişdi ki, bu qalmaqal Çexiya Ədliyyə Nazirliyinin təxminən 40 milyon avro dəyərində bitkoini hədiyyə olaraq qəbul etməsi ilə bağlıdır.

ANO fraksiyasının sədri Alena Şillerova Çexiyanın ČTK xəbər agentliyinə bildirib ki, parlament üzvləri gələn həftə - çərşənbə axşamı görüşə bilərlər. Hökumət nümayəndələri ilə ilkin razılaşmaya əsasən, koalisiya üzvü olan ODS - Vətəndaş Demokratlar fraksiyasının sədri Marek Bendanın təsdiq etdiyi kimi, sessiya çərşənbə günü də davam edə bilər.

Nazirlər Kabinetinə etimadsızlıq votumu üçün 200 deputatdan ən azı 101-i səs verməlidir. Fialanın koalisiya hökuməti dördüncü dəfə müxalifətin onu istefaya göndərmək cəhdləri ilə üzləşəcək. Müxalifətin ilk dəfə, 2022-ci ilin sentyabrında belə bir təklif irəli sürməsi uğursuz olmuşdu.

Xatırladaq ki, istintaqın versiyasına görə, kriptovalyutanı həmin nazirliyə 2017-ci ildə oğurluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi və qeyri-leqal silah saxlama ittihamı ilə həbs olunmuş Tomaş Yirjíkovski verib. O, öz cinayət əməllərini həyata keçirən “darknet” internet platformasına rəhbərlik edirdi.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 İyun 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see286

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see276

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see229

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see184

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see171

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see150

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see144

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see141

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see141

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri