Icma.az
close
up
RU
Qalmaqallı bələdiyyə sədri kəndi SSRİ nin qoyduğu ada qaytardı: XANALIYAN... VİDEO/FOTO

Qalmaqallı bələdiyyə sədri kəndi SSRİ nin qoyduğu ada qaytardı: XANALIYAN... VİDEO/FOTO

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Ötən gün Masallı rayonunun Kolatan bələdiyyəsinin sədri Rauf Cəbiyevin kənd sakinləri ilə xoşagəlməz davranışı ilə bağlı video paylaşmışdıq. Həmin videoda sədrin Xanalion kənd sakinləri ilə mübahisə etdiyi, onları təhqir və təzyiqlərə məruz qoyduğu görünürdü. 
Bu hadisə sosial şəbəkələrdə və yerli mətbuatda sürətlə yayıldı və rezonans doğurdu. Bələdiyyə sədrinin vətəndaşlara qarşı təhdid və şantaj dolu davranşı birmənalı qarşılanmadı. 
Qeyd edək ki, Xanalion kəndinin sakinləri Sitat.info-nun redaksiyasına çoxsaylı şikayət göndəriblər. Onlar videomüraciətlər çəkərək, Rauf Cəbiyevin özbaşınalığı barəsində danışıb, məsələnin ictimailəşdirilməsini istəyiblər. Bu şikayətlərdə R.CƏbiyevin vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi qeyd edilir. Bələdiyyə sədri seçilən gündən onların problemləri ilə maraqlanmır, səsini çıxaranı isə təzyiqlərə, hədələrə məruz qoyur.  
Kənd sakinlərinin etirazına səbəb olan məsələlərdən biri də iki ay öncə kəndin adının dəyişdirilməsi olub. Masallının qədim talış kəndlərindən biri olan Xanalion kəndinin adının bələdiyyə sədri tərəfindən dəyişdirilməsi insanları narazı salıb. Bələdiyyə sədri bu hərəkəti ilə sakinlərin heysiyyətinə toxunub. 
Kənd sakinləri Sitat.info-ya bildiriblər ki, kəndin adı Xanaliondur, lakin dəyişdirilərək "Xanalıyan" şəklinə yazılıb: "Bu məsələ bir kəndin adı ilə bağlı sadə texniki düzəliş deyil – bu, həm dilə, həm tarixə, həm də kənd camaatının heysiyyatına açıq-aşkar hörmətsizlikdir. Belə ki, kəndin adı qəfil dəyişdirilərək “Xanalıyan” şəklində yazılıb. Artıq kəndin girişində lövhə də dəyişdirilib, əlavə iki yerə də bu lövhələr basdırılıb. Məsələ ondadır ki, kəndin adı burada ilk məskunlaşan şəxs Xanəli kişinin adı ilə bağlıdır. Talış dilində “-on” şəkilçisi çoxluq bildirərək “Xanəlilər” anlamını daşıyır. Lakin dəyişdirilərək əlavə edilən “-yan” şəkilçisi isə tamamilə başqa mənanı verir – “Xanəlinin arxası”. Bu, kəndin tarixi və mənası təhrif edilməklə yanaşı, kənd sakinlərinin heysiyyatına toxunur, onların köklərinə qarşı açıq-aşkar sayğısızlıq kimi görünür. Bundan əlavə "yan" ermənilərə məxsus şəkilçidir. Bunu kim edirsə, qəsdən edir. Dövlətimiz içimizdə olan satqınlara yerini göstərir və göstərəcək".

Qeyd edək ki, öncəki illərdə də kəndin adı "Xanalıyan" kimi yazılıb. Belə ki, ilk dəfə kəndin adını Sovet hökuməti təhrif edərək  "Xanalıyan" kimi qeydə alıb. Daha sonra müstəqillik illərində sakinlər tarixi adı qaytarıb, "Xanalion" qoyublar və məktəb binasının üzərində də bu adı görmək mümkündür. Eyni zamanda "Google map"-də Xanalion kəndi olaraq yer alır. Kənd məscidinin üzərində də Xanalion məscidi yazılıb. 
Adın yenidən Sovet hökumətinin  qoyduğu ada, yəni erməni sonluğuna qaytarılmasında məqsəd nədir - bax buna aydınlıq gətirə bilmədik. 
Məsələ ilə bağlı Masallı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb, bu deyilənlərə münasibət öyrənməyə çalışdıq. İcra başçısının köməkçisi Fərid Aslanlı bildirdi ki, vəziyyətdən xəbərdardırlar, lakin Rauf Cəbiyev haqda fikir bildirmək onların səlahiyyətində deyil.
"Bu məsələ ilə bağlı  məlumat almaqdan ötrü Lənkəran Regional Ədliyyə idarəsinə müraciət edə bilərsiniz" - deyə Masallı Rayon İcra Hakimiyyətindən bizə bildirildi. 
Sakinlərin dediklərinə görə, Rauf Cəbiyevin arxasında icra başçısı Azər Əhmədov dayanıb. Sədr icra başçısının "etimadını" qaza bilib.
Onu da qeyd edək ki, kənd sakinlərindən icra başçısı haqqında bir mənfi fikir deyən olmadı: "İcra başçımız çox mədəni, ali cənab insandır. Özü piyada kəndbəkənd gəzir, sakinlərlə görüşür.  Rauf Cəbiyev kimi insanın icra başçısının ətrafında olmasını qəbul edə bilmirik. Bu insanın normal danışıq və davranışı yoxdur. Sakinləri təhqir edir, şantaj edir, çox hörmətsizlilər edir. Xahiş edirik, bu haqda ölçü götürülsün".  (Sitat.info)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 Noyabr 2025 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see360

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see182

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see167

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see167

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see158

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see150

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see140

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see139

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see136

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri