Qalmaqallı direktorun yerinə yeni təyinat Foto
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Bakı şəhəri Seymur Məmmədov adına 301 nömrəli tam orta məktəbə direktor təyin edilib.
“Qafqazinfo” “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, bu vəzifə Ruhiyyə Vaqif qızı İmanova təyinat alıb.
Qeyd edək ki, həmin məktəbin əvvəlki direktoru müəllimlərə qarşı uyğunsuz davranışına görə işdən azad edilmişdi.
Belə ki, məktəbin müəllimləri direktor Sevda Sarıyevanın onları valideynlərin yanında təhqir etdiyini, müəllimləri “dərs dilənçiləri”, “hinduşkabaş” adlandırdığını bildirmişdilər. Bundan sonra aparılan araşdırma nəticəsində fəaliyyətində yol verdiyi nöqsanlara görə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə təhsil müəsissəsinin direktoru S. Sarıyeva ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 08 Noyabr 2025 16:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















