Qalmaqallı yüksək vəzifəli məmur işdən çıxarıldı RƏSMİ
Icma.az, Manset portalına istinadən məlumat yayır.
Manset.az xəbər verir ki, bir neçə gün əvvəl Editor.az Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Məmmədov tutduğu vəzifədən azad edilməsi ilə bağlı xəbər yaymışdı.
Qeyd olunurdu ki, Anar Məmmədovun bağçalara, məktəblərə direktor, direktor müavini təyin edilməsinin müsahibə mərhələsində yol verdiyi nöqsanlarla bağlıdır. Mənbə iddia edir ki, Anar Məmmədov müsahibələr vaxtı müəllimlərə münasibətdə göstərdiyi adekvat olmayan yanaşma kütləvi etiraz doğurub və onun vəzifəsini itirməsi ilə nəticələnib.
Bu gün Bakı şəhəri üzrə təhsil idarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov xəbəri təsdiqləyib. Qeyd edib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Məmmədov ilə bağlanmış əmək müqaviləsinə müddəti bitdiyinə görə xitam verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 09 Dekabr 2024 18:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















