Icma.az
close
up
RU
Qalxanvari vəzi hormonları və artıq çəki

Qalxanvari vəzi hormonları və artıq çəki

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qalxanvari vəzi orqanizmdə gedən mübadilə proseslərini tənzimləyir. Onun hormonları bütün metabolik prosesləri sürətləndirir: zülalların və yağların parçalanması, karbohidratların mənimsənilməsi.

Qalxanvari vəzi hormonları müxtəlif mənbələrdən (karbohidratlar, yağlar) orqanizmin yaşaması üçün lazım olan enerjinin alınmasını təmin edir. Orqanizmin əsas enerji mənbəyi karbohidratlardır. Əgər qəbul olunan qidada karbohidratlar çatışmırsa, orqanizm öz enerji ehtiyaclarını ödəmək üçün piyləri parçalamağa başlayır. Məhz bu prinsip bütün arıqlamaq məqsədi ilə tutulan pəhrizlərin əsasında durur. Karbohidratların daxil olması məhdudlaşdırılır və piylər "əriməyə" başlayır.

Piylər istifadə olunduqdan sonra stress vəziyətinə düşən orqanizm öz əzələlərini "əritməyə" başlayır. Bu hal uzun sürərsə, insan skeletə oxşamağa başlayır (müharibə vaxtında konslagerlərdə saxlanılan insanlar kimi). Anoreksiyadan (patoloji arıqlama) əziyyət çəkən insanlar da bu görünüş alır.

Bəzi qalxanvari vəzi xəstəlikləri və pozulmaları zamanı qalxanvari vəzinin fəaliyyəti sanki yavaşıyır və nəticədə vəz daha az miqdarlarda hormonları istehsal etməyə başlayır. Bu hal "hipotireoz" adlandırılır.

Hipotireoz zamanı orqanizmin mübadilə prosesləri ləngiyir, orqanizmə daxil olan qidalı maddələr çox asta parçalanır və nəticədə hətta az qida qəbul edən insan artıq çəki yığmağa başlayır. Bundan əlavə orqanizmdə mayenin yığılması prosesi baş verir ki, bu da çəkinin artmasına səbəb olur.

Bu səbəbdən əgər siz hiss etsəniz ki, az qida qəbul etməyinizə baxmayaraq çəkiniz artır, mütləq endokrinoloqa müraciət edin və lazım olan analizləri (TSH, T3, T4) verin.

Xəstədə hipotireoz aşkar olunduqda, ona çatışmayan qalxanvari vəzi hormonları təyin olunur ki, nəticədə vəzin fəaliyyəti normallaşır və insanın çəkisi də azalır.

Bəzi hallarda qalxanvari vəzi əksinə sürətlə işləməyə başlayır (buna "hipertireoz" deyilir). Nəticədə isə mübadilə prosesləri sürətlənir və həmişəki qaydada qidalanan  insan "səbəbsiz olaraq" kəskin arıqlamağa başlayır.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:284
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see573

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see524

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see424

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see390

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see297

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see269

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see259

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see240

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see236

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see233

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see230

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see218

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see213

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see209

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see209

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see207

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see201

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see200

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see198

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri