Icma.az
close
up
RU
Qalxanvari vəzi üçün xeyirli olan qidalar

Qalxanvari vəzi üçün xeyirli olan qidalar

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qalxanvari vəzi orqanizmin normal fəaliyyəti üçün çox vacib olan hormonları ifraz edir.

Bu hormonlar orqanizmin, demək olar, bütün orqan və sistemlərinə (sinir, ürək-damar, cinsiyyət, immun sistemləri, qara ciyər və s.) təsir edir. Məhz bu səbəbdən qalxanvari vəzi "orqanizmin dirijoru" adlandırırlar.

Qalxanvari vəzi hormonlarının istehsalı üçün orqanizmə mütləq yod mikroelementi lazımdır. Qalxanvari vəzi hüceyrələri qandan yod molekullarını tutur və öz hormonlarının istehsalında istifadə edir.

Yod orqanizmdə yığılmır. Orqanizmə hər gün yod daxil olunmalıdır. Bu mikroelement bir çox qida məhsullarında var. Yod elementi ilə bu qida məhsulları xüsusilə zəngindir:

- bütün dəniz məhsulları (balıq, krevet, kalmar, dəniz yosunları),

- meyvələr - feyxoa, xurma, banan, alma, qara qarağat, ərik, portağal, çiyələk,

- tərəvəzlər - lobya, kələm (ağ kələm, gül kələmi, brussel kələmi), pomidor, sarımsaq, turp, kartof, yaşıl noxud, kahı, göbələk,

- qoz-fındıq (qoz, fındıq, badam, keşyu və s.)

- digər məhsulları arasında bal, qarabaşaq yarması, yumurta yodla zəngindir.

Qalxanvari vəzi üçün çox xeyirli təbii dərman - bal və qoz qarışığı. 1 stəkan qoz xüsusi qozçəkən maşınında xırdalanır və 1/2 stəkan balla qarışdırılır. Bu dərmanı gündə 3 dəfə 1 çay qaşığı olmaqla qəbul edin.

Yodun müəyyən hissəsini insan həm də xüsusi yodlaşdırılmış duzdan ala bilər.  Nəzərinizə çatdıraq ki, yodlaşdırılmış duzda yod təxminən 6-9 ay ərzində saxlanılır (istehsal tarixindən sayılır). Bu müddət keçdikdən sonra bu duzda yod olmur. Bundan əlavə yod yüksək hərarətin təsirindən dağılır və bu səbəbdən duz qidanın hazır olmasına yaxın və ya tam hazır olduqdan sonra qidaya əlavə olunmalıdır.

Yodun çatışmazlığı zamanı qalxanvari vəzi fəaliyyətində pozulmalar inkişaf edir. Bu pozulmalar isə öz növbəsində müxtəlif orqan və sistemlərinə "vurur". Hamiləlik zamanı yod çatışmazlığı uşağın inkişafında çox ciddi əqli və fiziki pozulmalara səbəb olur.

Orqanizmin yoda olan gündəlik tələbatı:

1 yaşına kimi uşaqlar - 50 mkq

1 yaşından 6 yaşına kimi uşaqlar - 90 mkq

7 yaşından 12 yaşına kimi uşaqlar - 120 mkq

12 yaşından yuxarı olan uşaqlar və böyüklər - 150 mkq

Hamilə və uşaq əmizdirən qadınlar - 200 mkq

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:210
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see825

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see327

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see310

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see296

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see278

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see268

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see245

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see243

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see196

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see195

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see192

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see190

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see190

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see190

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see189

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see188

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see183

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see183

Xərçəngin müalicəsində tarixi İRƏLİLƏYİŞ: xəstələrin sağ qalma müddətini ikiqat artıran möcüzəvi həb

09 Oktyabr 2026 20:17see168

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri