Qambiya təmsilçisi: İtkin düşmüş şəxslər problemi dayanıqlı həllər tələb edir
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 9 oktyabr, G.Mahmudlu, T.Babayeva
İtkin düşmüş şəxslərlə bağlı böhranın həlli bir dövlətin işi deyil, bu, sərhədlərarası işdir. Bundan ailələr, icmalar əziyyət çəkir. Bu, humanitar məsələdir və izolyasiya olunmuş səylərlə aradan qaldırıla bilməz.
AZƏRTAC xəbər verir ki, bunu Qambiyanın Cenevrə şəhərindəki BMT-nin bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəlisi Pa Malik Nyassi “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda Bakıda keçirilən beynəlxalq konfrans çərçivəsində "İtkin düşmüş şəxslər böhranının həlli üçün əməkdaşlığın gücləndirilməsi" sessiyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu problem dayanıqlı həllər tələb edir: "Çox istərdim ki, Bakı Dialoqu dönüş nöqtəsi olsun. Öhdəliklər götürülsün, cinayət törədənlər cinayətə cəlb edilsinlər. Ümidvaram ki, bu konfrans davamlı olacaq və konkret nəticələr əldə ediləcək".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 09 Oktyabr 2025 17:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















