Qana yeni baş məşqçisinə qovuşdu
futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qana Futbol Federasiyası təcrübəli mütəxəssis Karlos Keyruşun milli komandanın baş məşqçisi təyin olunduğunu rəsmən açıqlayıb.
Futbolpress.az xəbər verir ki, 73 yaşlı mütəxəssis “Qara ulduzlar”ı 2026-cı il Dünya Çempionatına hazırlayacaq.
“Real Madrid” və “Mançester Yunayted” kimi nəhənglərdə çalışmış Keyruş milli komandalar səviyyəsində zəngin təcrübəyə malikdir. O, indiyədək Cənubi Afrika (2002), Portuqaliya (2010) və İran (2014, 2018) milliləri ilə dünya çempionatlarında iştirak edib.
11 iyun 2026-cı ildə start götürəcək Dünya Çempionatında Qana millisi maraqlı qrupda yer alıb. Keyruşun yetirmələri ilk matçını 18 iyunda Panamaya qarşı keçirəcək. Qrupun digər rəqibləri isə İngiltərə və Xorvatiya komandalarıdır.
Təyinatdan dərhal sonra hazırlıqlara başlayan Keyruşun əsas hədəfi bu çətin qrupdan çıxaraq turnirdə yadda qalan nəticəyə imza atmaqdır.
Baxış sayı:150
Bu xəbər 13 Aprel 2026 22:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















