Icma.az
close
up
RU
”Qanun layihələrinin hər biri vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə yönəlib” MÜNASİBƏT BİLDİRİLDİ

”Qanun layihələrinin hər biri vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə yönəlib” MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Ölkədə uğurlu sosial siyasət, islahatlar proqramı sosial inkişafın davamlı xarakter almasına, vətəndaş rifahının təminatı sahəsində mühüm nailiyyətlərin əldə olunmasına imkan verib. Prezident İlham Əliyev hər zaman bəyan edir ki, “bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”. Dövlətin reallaşdırdığı bütün sosial layihələr vətəndaşlarımızın rifahının yaxşılaşmasına xidmət edir". Bu sözləri SİA-ya açıqlamasında deputat Nigar Məmmədova deyib.

Deputat sözlərinə belə davam edib: “Ən mürəkkəb vəziyyətdə belə heç bir sosial layihə və proqramın icrası təxirə düşmür. Çünki vətəndaşın marağının təmin olunması ali rəhbərliyin qarşıya qoyduğu əsas vəzifə və prioritetdir. Cənab Prezidentin tapşırıqlarına uyğun olaraq sosial təminat sisteminin gücləndirilməsi, sosial ödənişlərin artırılması, aktiv məşğulluq proqramlarının genişləndirilməsi istiqamətində ardıcıl addımlar atılır.

Sosial siyasət komitəsinin cari ilin müvafiq dövrü üzrə hesabatından da aydın olur ki, bu müddətdə komitənin işi effektiv olub. Qəbul olunan qanun layihələrinin hər biri xüsusilə də həssas kateqoriyadan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə yönəlib. Belə ki, uşaq hüquqlarının qorunması məqsədilə qəyyumluq və himayə orqanlarına bir sıra səlahiyyətlərin verilməsini, həmçinin inzibati proseslərin sadələşdirilməsini nəzərdə tutan Ailə Məcəlləsi və daha 7 qanun layihəsinə təklif edilən dəyişiklikləri, əlilliyi olan şəxslərin vergi inzibatçılığının sadələşdirilməsi, onların özünüməşğulluq təşəbbüslərinin dəstəklənməsini özündə ehtiva edən "Sosial sığorta haqqında" Qanunda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklikləri, normativ hüquqi aktlar arasında ziddiyyətlərin qarşısını almaq üçün “Əhalinin sağlamlığının qorunması haqqında” Qanun və Əmək Məcəlləsinə uyğun olaraq “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanuna, “Əmək pensiyaları haqqında”, “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”, həmçinin “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” qanuna edilən dəyişiklikləri xüsusi qeyd etmək istərdim. Əminliklə söyləyə bilərik ki, hesabat dövründə təqdim olunan qanun layihələri ölkədə sosial siyasətin uğurla davam etdirilməsinə xidmət edib. Komitə qarşıdakı sessiyada da işini eyni templə davam etdirəcək".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 Sentyabr 2025 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see242

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see187

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see185

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see178

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see148

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri