Icma.az
close
up
RU
Qanun sərtləşir Yeni cərimələr gəlir

Qanun sərtləşir Yeni cərimələr gəlir

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda elektron siqaretlərin dövriyyəsinə və istifadəsinə nəzarətin gücləndirilməsi istiqamətində yeni hüquqi dəyişikliklər hazırlanır. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi elektron siqaretlərin istifadəsi, satışı və dövriyyəsi ilə bağlı cərimələrin müəyyənləşdirilməsini nəzərdə tutur.

Layihəyə əsasən, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunla qadağan edilmiş yerlərdə, o cümlədən küçələrdə və digər ictimai məkanlarda elektron siqaretdən istifadə edən şəxslər 30 manat məbləğində cərimə olunacaqlar. Bu qayda ictimai yerlərdə passiv tüstülənmənin qarşısını almaq və insanların sağlamlığını qorumaq məqsədi daşıyır.

Daha sərt sanksiyalar elektron siqaretlərin və onların komponentlərinin qanunsuz dövriyyəsinə tətbiq olunacaq. Belə ki, bu məhsulların idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı, eləcə də satış məqsədilə saxlanılması hallarında mallar müsadirə ediləcək və inzibati məsuliyyət tədbirləri görüləcək. Fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1650 manatdan 2200 manatadək, hüquqi şəxslər isə 4000 manatdan 5000 manatadək cərimə ediləcəklər.

Yeni qaydaların tətbiqi yalnız istifadəni deyil, həm də bazar dövriyyəsini nəzarət altına almağa yönəlib. Son illərdə elektron siqaretlər xüsusilə gənclər arasında geniş yayılıb və onların sağlamlığa təsiri ilə bağlı narahatlıqlar artıb. Mütəxəssislər qeyd edirlər ki, elektron siqaretlər ənənəvi tütün məmulatlarına alternativ kimi təqdim olunsa da, tərkibində nikotin və digər zərərli kimyəvi maddələr mövcuddur və asılılıq riskini artırır.

Təklif olunan dəyişikliklər qüvvəyə minərsə, 2026-cı il aprelin 1-dən etibarən tətbiq ediləcək. Bu addım ictimai sağlamlığın qorunması, qanunsuz ticarətin qarşısının alınması və tütün məhsullarının istifadəsinin məhdudlaşdırılması siyasətinin gücləndirilməsi istiqamətində atılan mühüm addımlardan biri kimi qiymətləndirilir.

Ekspertlər hesab edirlər ki, qanunvericiliyin sərtləşdirilməsi ilə yanaşı maarifləndirmə tədbirlərinin gücləndirilməsi də vacibdir. Çünki yalnız cərimələr deyil, insanların sağlamlıq riskləri barədə məlumatlandırılması elektron siqaret istifadəsinin azalmasına daha effektiv təsir göstərə bilər.

Leyla Mirzə, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 18 Fevral 2026 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see397

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see381

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see314

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see296

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see293

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see284

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see271

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see265

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see264

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see251

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see235

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see234

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see229

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see228

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see227

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see224

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see221

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see215

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see215

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri