Icma.az
close
up
RU
Qanuna dəyişiklik edilir Bu şəxslər məsuliyyətə cəlb olunacaq

Qanuna dəyişiklik edilir Bu şəxslər məsuliyyətə cəlb olunacaq

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Globalinfo.az Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev ilə müsahibəsini təqdim edir:

-Əliməmməd bəy, məlum olduğu kimi Milli QHT Forumu bəyanat yayıb. Bu bəyanatda mühüm detallar yer alıb. Maraqlıdır, Qərb səfirliklərinin təsiri altına düşən, onlardan bahalı hədiyyə, maşın alan QHT sədrləri kimlərdir və bu əməllərin müəllifləri hüquqi məsuliyyətə cəlb edilə bilərmi?

-Milli QHT Forumunun verdiyi bəyanatda bir çox məsələlər öz əksini tapıb. İlk növbədə mərkəzi və yerli icra hakimiyyəti yanında yaradılmış ictimai şuralarla bağlı vəziyyətə toxunulub. Bəzi hallarda şura üzvlərinin təyinatı müvafiq icra hakimiyyətinin sərəncamı əsasında baş tutduğu da bildirilib. Bu hallar yolverilməzdir. İctimai şura haqqında qanuna (“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının qanunu-red.) ziddir. Bir sıra hallarda ictimai şuraların təşkilində də müəyyən problemlər aşkara çıxır. Yetərli qədər məlumatlar, elanlar verilmir. Eyni zamanda rəqabətli mühit yaradılmır. Formallıqlar olur. Burada bir sıra məsələlər qanunvericiliyin təkmilləşdirilməsini zəruri edir. Artıq ictimai şura haqqında qanuna bir çox təkliflər hazırlanıb. 2014-cü ildə qanun qüvvəyə minib. 10 ildən çox müddət keçir və bu qanuna müəyyən təkmilləşdirmələr lazımdır. İctimai şuranın təşkili, namizədliyin verilməsi, peşəkarlıq, səlahiyyətlərin verilməsi və s. ilə bağlı məsələlərə yenidən baxılmalıdır. Bu istiqamətdə doğru iradlar var.

Son illərdə Azərbaycan QHT sektoru müxtəlif problemlər, xarici təsir iddiaları ilə üzləşib. Milli QHT Forumunun yaydığı bəyanat məsələlərin aktivləşməsinə, yenidən müzakirə edilməsinə səbəb oldu. Bəyanatda səsləndirilən fikirlər hazırda müzakirə olunmaqdadır. İlk növbədə xarici təsir altına düşməkdə ittiham olunan QHT rəhbərləri ilə bağlı konkret adlar qeyd edilməsə də, belə halların olduğu deyilir. Belə iddiaların hüquqi məsuliyyətə çevrilməsi üçün müəyyən addımların atılması tələb olunur.

Birincisi, məlum iddialarla bağlı hüquqi əsaslar möhkəmləndirilməlidir. Xarici təsir altına düşən, maliyyə mənbələrini gizlədən QHT-lər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qanunvericiliyinə uyğun olaraq araşdırılmalıdır.

Digər tərəfdən bəzi QHT-lərin xarici donorlardan hədiyyələr alması qəbuledilməzdir. Sözügedən məsələlər ciddi şəkildə araşdırılmalıdır. Həmin təşkilatların rəhbərləri, nümayəndələri xarici donorlardan, qurumlardan hədiyyələr alması həm də etik standartların pozulmasıdır. Ola bilsin ki, bu və ya digər QHT, donorlar fəaliyyətlərini dayandırdıqdan sonra onların avadanlıqları, maşınları müxtəlif istiqamətlər üzrə digər təşkilatlara verilməsi məsələsi gündəmə çıxır. Nazirlər Kabinetinin müxtəlif strukturlarının rəyindən sonra bu məsələ ilə bağlı qərarlar qəbul olunur.
İkincisi, konkret sübutların toplanması çox vacib məsələdir. Bu, ictimaiyyətə də təqdim olunmalıdır. Beləliklə bütöv mənzərə yaranacaq. Milli QHT Forumunun əlində heç şübhəsiz tutarlı faktlar var.

Əliməmməd Nuriyev

Xarici təsir altında fəaliyyətin aşkarlanması qeyri-qanunidirsə, QHT-nin fəaliyyətinin dayandırılması məhkəmə predimentinə çevrilə bilər. Belə olan halda həmin maliyyə mənbələri tam nəzarətə götürülməlidir. Ümumiyyətlə, bir sıra hallarda Azərbaycana QHT-lər tərəfindən müxtəlif vasitələrlə vəsait daxil olub. Bütün hallarda maliyyə məsələsi varsa, onunla bağlı vergi və digər ödənişlər həyata keçirilməlidir. Qanunvericiliyə müəyyən dəyişikliklər edilməlidir ki, bütün məsələlər leqal olsun.

-İctimai şuraların tərkibi ilə bağlı nə kimi dəyişiklik, yenilik gözlənir?

-İstənilən effektiv idarəetmə forması hər şeydən əvvəl inkluzivliyin təmin edilməsi ilə bağlıdır. Bütün maraqlı tərəflərin iştirakı ilə qərarların hazırlanması, qəbul edilməsi prosesi icra olunmalıdır. O cümlədən dövlət orqanları da qərarların hazırlanması prosesində kənar auditin dəvətində maraqlı olmalıdır. Çünki belə qəbul edilən qərarlar həm keyfiyyət, həm sabitlik, şəffaflıq, həm də təhlükəsizlik baxımından müsbət olur. Bu gün Azərbaycan Prezidenti tərəfindən dövlət orqanlarının qarşısına qoyulan ən önəmli məsələlərdən biri şəffaflıq və hesabatlığın təmin edilməsi, korrupsiyaya qarşı mübarizənin daha sərt formada aparılmasıdır. Bu proseslərə ictimai iştirakçılıq geniş şəkildə dəstək verəcək. İctimai iştirakçılıqla bağlı Azərbaycanda müxtəlif formalardan istifadə olunur. Onun formalarından biri də ictimai şuralardır. Onlar cəmiyyət və dövlət orqanları arasında mühüm körpü, daimi dialoq platformasıdır. Dövlət orqanlarının işinin daha şəffaf, keyfiyyətli və səmərəli olmasına töhfə verəcək bir təsisatdır. Bəs bu ictimai şuralar necə formalaşır? Milli QHT Forumunun yaydığı bəyanatda bu məsələyə də yer ayrılır. Məlum olur ki, yerli icra hakimiyyəti orqanı yanında formal olaraq ictimai şuralar yaradılır. Bəzən də sərəncam əsasında ictimai şura yaradılır. Bunun tərkibində kimlərin olması, hansı təşkilatı təmsil etməsi barədə də məlumat olmur. Bu, qanunvericiliyin tələblərinin pozulmasıdır. Ümumiyyətlə, hansı qurumun nəzdində ictimai şura yaradılırsa, həmin qurumun profilinə uyğun QHT-nin burada iştirakı çox vacibdir. İctimai şuraların yetərli məlumatlara çıxışının olmaması onların fəaliyyətinə problemlər yaradır. Digər tərəfdən bu şuralara seçilən şəxslər onun nüfuzundan istifadə etməyə çalışır. Öz şəxsi maraqlarının təmin edilməsinə cəhd edir. Bunlara yol vermək olmaz. Peşəkarlıq, ixtisaslaşma, hesabatlılıq düzgün təmin edilərsə, sözügedən proseslərin qarşısını almaq olar.

-2014-cü ildən başlayaraq Avropa və ABŞ fondlarına bağlı, qeyri-şəffaf maliyyələri olan QHT-lərin fəaliyyətə məhdudlaşdırıldı, bank hesabları donduruldu, qrant kimi xaricdən aldıqları vəsait geri qaytarıldı, bir neçə QHT sədri həbs edildi, bir neçəsi xaricə üz tutdu və s. Bu qədər tədbirlərə rəğmən yenidən QHT sektoruna Qərbin müdaxiləsi haqda siqnallar daxil olur. Bu prosesin qarşını almağın yolu nədir?

-Həyata keçirilən islahatlar xarici təsirin minimuma endirilməsinə xidmət etdi. Bank hesablarının dondurulması qeyri-şəffaf maliyyə mənbələrinin bağlanması kimi addımlar ciddi təsir göstərdi. Bu tədbirlərə baxmayaraq xarici təsirin tamamilə aradan qaldırılması mümkün olmayıb. Bunun da bəzi səbəbləri var. Bəzi donorlar birbaşa maliyyələşmə prosesinə keçiblər. Beynəlxalq layihələrdə tərəfdaşlıq yolu ilə təsir göstərməyə çalışırlar. Digər tərəfdən Azərbaycan vətəndaş cəmiyyətinin ehtiyaclarının tam olaraq ödənilməsi ilə bağlı müəyyən problemlər var.

QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən vacib addımlar atılır. Yeni islahatlar paketi təqdim olunub. Orta və yuxarı, böyük qrantlarla bağlı yeni siyasət paketinin tətbiqinə başlanıldı. Bu, QHT-lərin fəaliyyətinə daha geniş miqyasda imkanlar yaradacaq. Nəticəyə doğru yönələn fəaliyyətlər həyata keçiriləcək. QHT-lərin fəaliyyətində beynəlxalq əlaqələrin daha da dərinləşdirilməsi vacibdir.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 06 Dekabr 2024 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mançester Siti Şerkini transfer etdiyini açıqladı

11 İyun 2025 06:45see135

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəzi qanunlarda əsaslı dəyişiklər edib. KONKRET

10 İyun 2025 20:21see128

“Sabah” macarlarla əməkdaşlığa başladı

10 İyun 2025 21:09see126

Çirklənmiş kondisioner pnevmoniyaya səbəb ola bilər

11 İyun 2025 03:43see124

Turistlər ən gözəl yerlərdə gecələmək üçün pul ödəməli olacaqlar..?

10 İyun 2025 20:13see122

Trabzonspor dan BƏƏ yə yollandı

11 İyun 2025 00:27see122

Rusiya hərbçilərinin ikinci qrupu Ukrayna ərazisindən QAYITDI

10 İyun 2025 18:42see121

Fəst fuddan daha təhlükəli balıq yeməkləri

10 İyun 2025 19:20see120

ABŞ dan şok: İranı vurmaq üçün Trampa təklif verildi

10 İyun 2025 23:46see120

Alimlər vulkanların ən təhlükəli püskürmələrini proqnozlaşdırmağı öyrəndi

10 İyun 2025 23:32see120

Tehran hakimiyyəti arxasında dayanan böyük güclər artıq ABŞ ilə müəyyən məsələlərdə razılaşırlar

10 İyun 2025 18:47see119

Bu 6 peşədə işləyənlər diqqətli olsun Xərçəng riskini artırır

11 İyun 2025 22:00see119

Ukrayna Rusiyayla yeni əsir mübadiləsi planlaşdırır

10 İyun 2025 20:09see118

Türkan Gündüzün qətli: dəhşətli təfərrüat HƏSSAS GÖRÜNTÜ

10 İyun 2025 22:01see118

ABŞ da iğtişaşlar Kaliforniyadan digər ştatlara da yayılıb...

10 İyun 2025 19:45see117

COP29 haqqında danışarkən onun həqiqətən də uğurlu olduğunu qeyd etməliyik

10 İyun 2025 22:27see115

Anons verildi: Bu ölkə ilə mühüm müzakirələr gedir Yaxın gələcəkdə...

10 İyun 2025 20:01see113

Kreml Bakının tələbindən yayınmaq üçün buna əl atdı

11 İyun 2025 10:39see112

Rusiya sözün həqiqi mənasında başını itirib

11 İyun 2025 06:36see112

Finlandiya Polşa matçı yarımçıq dayandırılıb

11 İyun 2025 01:00see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri