Icma.az
close
up
RU
Qanunda dəyişiklik edildi İnflunserləri nə gözləyir?

Qanunda dəyişiklik edildi İnflunserləri nə gözləyir?

Metbuat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda influnserlərlə bağlı qanunda dəyişiklik edilib. Belə ki, “reklam daşıyıcısı olan rəqəmsal platforma reklamları” (reklamın yayımlanması üçün istifadə olunan internet informasiya ehtiyatı, informasiya-telekommunikasiya şəbəkəsi və ya onların mobil tətbiqləri) “Reklam haqqında” qanunun tənzimləmə dairəsinə daxil edilib.

Marketoloq Nicat Manafov Metbuat.az-a açıqlamasında sözügedən qanunu şərh edib. Onun sözlərinə görə, bu tipli problem hələ 2017–2018-ci illərdən etibarən aktuallığını qoruyur və dünyada artıq bu məsələ qəbul olunub:

“2019–2020-ci illərdə bir çox ölkələrdə influnserlərin fəaliyyətini tənzimləyən qanunlar qəbul olundu. Bu qanunların məqsədi istehlakçıların aldadılmasının qarşısını almaq, influnser fəaliyyətini nizama salmaq və eyni zamanda vergi yayındırmalarına qarşı tədbirlər görməkdir. Artıq bu qanun ölkəmizdə də qüvvəyə minib”.

Bəs bu qanun nəyə gərəkdir və influnserləri nə gözləyir?

N.Manafov bildirib ki, influnser əməkdaşlıq etdiyi vergi ödəyicisinin məlumatlarını paylaşmalıdır:

“İstehlakçı bilməlidir ki, təqdim edilən məhsul və ya xidmət reklamdır, yəni sponsorludur. Bu, həm postlarda, həm də storilərdə açıq şəkildə qeyd olunmalıdır. Reklam məzmunu sadəcə istifadəçi rəyi formatında təqdim edilməməlidir. Əgər bu qaydalara əməl olunmasa və vətəndaş və ya istehlakçı tərəfindən şikayət edilərsə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti araşdırma başladacaq və tədbir görüləcək. Bu, dünya praktikasında olan nizamlayıcı tədbirlərlə eynidir”.

Marketoloq bəzi influnserlərin pul qarşılığında tədbirlərə qatılması və ya barter əsasında işləməsindən də danışıb:

“Ən çox verilən suallardan biri də budur ki, barter də reklam sayılırmı? Cavab isə bəli, burada yalnız pul qarşılığı deyil, istənilən imtiyaz da reklam sayılır. Məsələn, sənə bir məhsul bağışlanırsa, uşağının təhsili üçün güzəşt edilirsə, bir kolleci və ya brendi tərifləyirsənsə, bu da reklam sayılır. Çünki artıq sənə müəyyən bir üstünlük verilir və bu, iradəyə müdaxilə kimi qiymətləndirilir. Belə olan halda mütləq şəkildə bunun sponsorlu məzmun olduğu bəyan edilməlidir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:222
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 23 May 2025 19:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri