Icma.az
close
up
RU
Bu, o oğlan deyilmiş KÖŞƏ

Bu, o oğlan deyilmiş KÖŞƏ

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

İndiki dövrdə hər kəs hərəkətində və əməlində sərbəstdir. Kim istəyir çıxıb küçənin ortasında dombalanquş aşır, kimisi sosial şəbəkələrdə lüt-üryan olub özünü nümayiş etdirir, başqa birisi isə kəllə-mayallaq sözləri və fikirləri ilə insanların diqqətini özünə cəlb etməyə çalışır. İnsanların isə mövqeyi fərqlidir. Hərə baş verənlərə və nümayiş olunanlara öz əxlaqına və düşüncəsinə uyğun münasibət bildirir.

Görünən fakt ondan ibarətdir ki, bəzi siyasət adamları ciddi siyasi rəy, fikir bildirməkdən, əsaslı addım atmaqdan uzaq olmağa çalışırlar. Düşünürlər ki, təlxəklik etmək, gülüş doğuran fikirlər səsləndirməklə daha böyük uğur əldə edə bilərlər. Fikir vermisinizsə, Fransa prezidenti E.Makron və Ermənistanın baş naziri Nikol Paşinyanın əndərəbadi hərəkətlərə və təəccüblü görünən fikirlərə daha çox yer verirlər. Xüsusilə də Nikol adlı məxluq ciddi siyasi fəaliyyətlə məşğul olmaqla nəticə əldə edə bilməyəcəyini anladığından, gücünü verib təlxəkliyə. Ədalət naminə demək olar ki, onda bu fəaliyyət pis alınmır. Adam sağ əlini boyunun arxasından keçirməklə sol qulağını qarsıyır, rəsmi tədbirlərdə barmağını burnunun içinə salıb iyrənclik edir, sadə rəhbər olduğunu nümayiş etdirmək üçün velosipedlə küçələri dolaşır, metro ilə işə gəlir, uçuq-sökük kafedə kofe içib, dəmlənir. Dəmlənir yazdım, onun Şuşada içib ağlını itirdikdən sonra, sərsəm fikirlər səsləndirib müxtəlif hoqqalar çıxarması düşdü. Təbii ki, onun bu təlxəkliyi Ermənistana və havadarlarına baha başa gəldi. 2020-ci ilin sentyabrın 27-də Ermənistanın başbilənləri daxil olmaqla Paşinyan Azərbaycanın müzəffər ordusu tərəfindən elə bir dəmir yumruq zərbəsi aldı ki, bu gün də Paşinyan gic toyuq kimi fırlanır. Onun aradabir beynəlxalq tədbirlərdə özünü yarı erməni, yarı ingilis dilində qırıq-qırıq sözlər ifadə etməsi də gündəmin gülüş doğuran hadisələrindəndir. Ancaq aradabir həqiqəti də dilə gətirir. Məsələn, deyir ki, ermənilərin Qarabağa qayıtması məsələsinin qaldırılması zərərlidir və sülh üçün təhlükəlidir. Bir qədər də açıq fikirlərlə çıxış edən Paşinyan etiraf edib ki, “Qarabağ məsələsi” uzun illər dövlət siyasətinin deyil, hakimiyyət uğrunda mübarizənin aləti olub. Bu fikirlərlə ermənilərin ağıllandıqlarını düşünmək sadəlövhlük olar. Sadəcə, Paşinyan millətinin timsalında özünü realist, həqiqəti dilə gətirən şəxs kimi göstərməyə və bununla da beynəlxalq təşkilatlarda, xarici ölkə rəhbərlərinin yanında özünü açıq fikirli, demokratik düşüncəli məxluq olaraq nümayiş etməyə ümid edir. Ancaq dünya erməni bicliyindən və hiyləgərliyinidən kifayət qədər məlumatlıdır. Zatən xarici ölkə başçıları onu ciddi şəxs kimi də qəbul etmirlər. Bəlkə də xarici dövlət başçıları Paşinyanı məsxərəyə qoyub, öz aralarında “gör erməni milləti nə gündədir ki, onların Paşinyan kimi səviyyəsiz liderləri var”, - deyə söylənirlər. Fikir vermisinizsə, ABŞ prezidenti Donalt Trampla Paşinyan bir neçə dəfə görüşüblər. Ancaq hələ də Tramp Paşinyanı düz-əməli tanımır. Hər dəfəsində “o oğlan” deyə əlini Paşinyana uzadır. Hətta Paşinyanın təmsil olunduğu dövlətinin adını da tam formada ifadə etmir. Dəfələrlə Tramp Azərbaycan - Ermənistan deməkdənsə, Azərbaycan - Albaniya söyləyir. Xarici KİV-lər də yazılanlara görə Paşinyan D.Trampın təhqirlərinə son qoymaq üçün onunla söhbət etməyə və düzəlişə nail olmağa çalışıb. Belə bir fürsət yaranıb. Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Sülh sammitində Paşinyan protokol qaydalarından kənara çıxaraq Trampa yaxınlaşıb və deyib “Cənab Prezident, mən o oğlan deyiləm, Nikol Paşinyanam, ölkəmin adı isə Albaniya deyil, Ermənistandır”. Bundan sonra D.Tramp “sən pis oğlana oxşamırsan“ deməklə ondan uzaqlaşıb.

Bəli, bu məxluq siyasi biliyi olmayan, hakimiyyət kreslosuna təsadüfən oturdulan şəxsdir. Belə baxanda yaxşı haldır. Çünki o ölkəsinə və xalqına layiq davranış göstərir. Demokratik düşüncəli dünya xalqları Paşinyanın timsalında bir daha Ermənistan adlı barbar quruluşun və xalqının səviyyəsinin hansı formada olduğunu görür və eşidir.

İLHAM ƏLİYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 15 Oktyabr 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1156

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see349

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see333

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see332

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see330

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see324

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see286

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see260

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see231

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see203

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see201

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see201

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see199

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see198

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see194

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see194

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see186

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see180

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see171

UEFA Millətlər Liqası 2026/2027 mövsümünün 5 oktyabr oyunlarının cədvəli

05 Oktyabr 2026 12:27see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri