Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Sumqayıt ın Antalya toplanışı

Azərbaycanın xarici siyasətində balansı qoruması ona müstəsna üstünlüklər qazandırır ŞƏRH

Azərbaycanın xarici siyasətində balansı qoruması ona müstəsna üstünlüklər qazandırır ŞƏRH

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 15 oktyabr, AZƏRTAC

Azərbaycanın Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri ilə münasibətləri çoxşaxəlidir və müxtəlif sahələrdə inkişaf edir. MDB postsovet məkanında çoxtərəfli əməkdaşlıq üçün əsas platformalardan biri olmaqla, üzv ölkələr arasında mədəni, iqtisadi, siyasi və digər sahələrdə əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynamaqdadır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov söyləyib.

O bildirib ki, 2025-ci il oktyabrın 10-da Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibli iclasında Prezident İlham Əliyevin iştirakı və çıxışı region ölkələri arasında mehriban qonşuluq münasibətlərinin və qarşılıqlı etimadın mühüm göstəricisidir. Dövlətimizin başçısı çıxışı zamanı həm Azərbaycan ilə Tacikistan arasında ikitərəfli münasibətlərin inkişafını qeyd etdi, həm də MDB daxilində əməkdaşlığın vacibliyinə diqqət çəkdi. Tacikistanla əlaqələr barədə Prezident İlham Əliyev bildirdi ki, münasibətlər ardıcıl inkişaf edir, qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanır və böyük inkişaf potensialına malikdir. Prezident İlham Əliyev mötəbər tədbirdə çıxışında qardaş Tacikistan xalqını Prezidentin rəhbərliyi ilə əldə olunmuş uğurlar, nailiyyətlər münasibətilə təbrik edərək vurğuladı ki, Düşənbə sürətlə inkişaf edir, yeni binalar tikilir, şəhərsalmada böyük uğurlara nail olunub.

“MDB daxilində əlaqələrə gəlincə, Azərbaycan Prezidenti bu tədbirlərin MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirdiyini, bərabərhüquqlu, qarşılıqlı maraqlara və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin güclənməsinə kömək etdiyini vurğuladı.

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında diqqəti, eyni zamanda, Birliyin həyatında daha bir mühüm hadisəyə yönəltdi. Sentyabrın 28-dən oktyabrın 8-dək qədim Gəncə şəhərində - XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətənində III MDB Oyunları keçirildi. Gəncə ilə yanaşı, Azərbaycanın daha altı şəhərində - Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi, Şəkidə 13 ölkədən – həm MDB üzvləri olan, həm də qonaq ölkələrdən 1600-dən çox idmançı qəbul edildi”, - deyən Anar Məmmədov Azərbaycanda idmanın inkişafına böyük əhəmiyyət verildiyini diqqətə çatdırıb.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ölkəmiz beynəlxalq idman ailəsinin nüfuzlu və etibarlı üzvlərindən birinə çevrilib. Azərbaycan müxtəlif illərdə ən mötəbər beynəlxalq yarışlara ev sahibliyi etməklə bacarıqlı təşkilatçı kimi özünü təsdiqləyib. Bakıda 2015-ci ildə Birinci Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, eləcə də müxtəlif növlər üzrə dünya və qitə çempionatları yüksək səviyyədə keçirilib.

“Dövlətimizin başçısının çıxışının ən diqqətçəkən məqamlarından biri Laçın şəhərinin MDB-nin 2025-ci il üçün mədəniyyət paytaxtı kimi seçilməsinə dair təşəkkür idi. Prezidentin sözlərindən aydın olur ki, bu qərar təkcə mədəniyyət sahəsində deyil, həm də siyasi mənada mühüm simvolik məna daşıyır.

Ermənistanın 30 illik işğalından azad edilən Laçın bu gün bərpa və dirçəlişin, sülhün və quruculuğun rəmzinə çevrilib. Laçında keçirilən MDB Mədəniyyət Paytaxtı İlinin açılış mərasimi Azərbaycan xalqının öz doğma torpaqlarına dönüşünün qürurunu və mədəni irsə sadiqliyini bir daha nümayiş etdirdi.

Azərbaycan MDB məkanının bir hissəsi olmaqla, müxtəlif geosiyasi maraqların kəsişməsindədir. Bir tərəfdən, Azərbaycan onun strateji tərəfdaşı olan Rusiya ilə sıx əlaqələr saxlayır. Digər tərəfdən, Qərb ölkələri və Avropa İttifaqı, BMT kimi beynəlxalq təşkilatlarla münasibətləri inkişaf etdirməkdə maraqlıdır və beynəlxalq qaydaları rəhbər tutaraq şəffaflığın tərəfdarıdır. Bu kontekstdə qeyd etmək vacibdir ki, Azərbaycan xarici siyasətində balansı qorumağa nail olub ki, bu da ona beynəlxalq məsələlərdə mühüm mövqe tutmağa imkan verir", - deyə A.Məmmədov fikirlərini yekunlaşdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Oktyabr 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see273

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see252

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see250

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see248

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see215

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see199

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see182

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see180

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see179

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see168

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see167

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see167

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see166

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see162

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see157

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see153

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see140

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see140

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see138

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri