Qanunda dəyişiklik ediləcək:“Hər kəs ali təhsil almalıdır!”, deyə bir qayda yoxdur
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Ali təhsil haqqında” qanunda dəyişiklik ediləcək.
Bunu "Azərbaycan müəllimi"nə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov deyib.
O bildirib ki, bu barədə danışmaq hələ tezdir. Milli təhsil konsepsiyasına dəymədən bəzi sahələrdə dünyanın mütərəqqi təcrübəsinə müraciət ediləcək:
"Dünyanın inkişaf etmiş ölkələrinin təhsil sahəsində inkişafını, dinamikliyi Azərbaycan təhsil sisteminə gətirməyi nəzərdə tuturuq. “Ali təhsil haqqında” qanun Azərbaycan gənclərinin təhsildə uğur qazanmasına xidmət edəcək. Burada qadağalar yox, inkişaf olacaq, dövrün tələbi əksini tapacaq. Ümumiyyətlə, müasir təhsilin tələbləri başqadır və hazırladığımız qanunlarda məhz bunu nəzərə almağa çalışırıq. Təhsil ehtiyaca görə müəyyənləşməlidir. “Hər kəs ali təhsil almalıdır!”, - deyə bir qayda yoxdur".
"Cebheinfo.az"
Baxış sayı:48
Bu xəbər 10 Aprel 2025 16:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















