Icma.az
close
up
RU
“Qanunlarda məhdudlaşdırıcı normaları azaltmalıyıq” Qüdrət Həsənquliyev

“Qanunlarda məhdudlaşdırıcı normaları azaltmalıyıq” Qüdrət Həsənquliyev

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında “Media haqqında” qanunlarında dəyişiklik edilməsi barədə qanunun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı fikirlərini bölüşüb.

Xalqcebhesi.az xəbər verir ki, millət vəkili bildirib: “Qanun layihəsini ətraflı təqdim elədiyinə görə, hörmətli həmkarımız zahid Oruca minnətdarlığımı bildirirəm. Amma “Media haqqında” qanunla bağlı bir məsələyə toxunmaq istəyirəm. Biz, qanunun 61-ci maddəsinə, yəni, informasiya Agentliyi adlanan həmin maddəyə 61.2 yeni bir bənd əlavə edirik. Söhbət ondan gedir ki, informasiya agentliyinin azı 20 media subyekti ilə informasiya verilməsi, əldə edilməsi haqqında müqaviləsi olmalıdır, azı 5 xarici ölkədə jurnalist akkreditasiya olunmalı, həmçinin hər ay 20 gün ərzində gündəlik dərc etdiyi kütləvi informasiyanın ümumi həcminin 80 faizi bu qanunun 60.5-ci maddəsində nəzərdə tutulan tələblərə cavab verməlidir. 60.5-ci maddə nədir? Yəni, gündə minimum 20 özəl informasiya yaymalıdır. Hörmətli həmkarlar mən sadəcə olaraq bu qanun layihəsini hazırlayanalardan soruşardım ki, əgər onlar özləri informasiya agentliyi yaratmaq fikrinə düşsələr, yəni informasiya agentliyi yaranmadan onlar necə 20 media subyekti ilə müqavilə imzalaya bilərlər? Birinci, gərək informasiya agentliyi qeydə alına, hüquqi şəxs kimi onun möhürü ola, o da gedə kiminləsə müqavilə imzalaya bilər. Müəyyən bir fəaliyyəti ola ki, kiminləsə soradan müqavilə imzalaya bilsin. İkincisi, bu həm də kommersiya subyektidir. Hörmətli sədr, məsələn, mən, infoirmasiya agentliyi yaratmışam və ümumiyyətlə informasiyanı pulsuz yayacam, pulu yalnız reklamdan qazanacam. Yaxud sponsorlar tapacam və həmin sponsorlar agentliyi maliyyələşdirəcəklər. Necə məni məcbur edə bilərsən ki, sən get yalnız 20 media subyekti ilə müqavilə bağla! Axı bu “Media haqqında” qanunla tənzimlənsə də, amma bu kommersiya strukturudur axı. Bu özü pul qazanır. Biz onu necə məcbur edə bilərik ki, sən bunu elə... Yaxud 5 xarici ölkədə jurnalist akkreditasiya olunmalıdır!
Yəni bunu mən ona görə söyləyirəm ki, bu norma əslində informasiya agentliyi yaratmaq hüquqlarını məhdudlaşdırmır, bu onun qarşısını alır. Yəni, bu qanunla bundan sonra Azərbaycanda heç kim informasiya agentliyi yarada bilməz. Mən necə qeydiyyatdan keçməyə-keçməyə 5 ölkədə özümün nümayəndəmi göndərə bilərəm və həmin ölkədə də onu qəbul edə bilər? Bu tamamilə absurddur və əsassız bir məsələdir. Qaldı gündə 20 özəl informasiyanın yayılması ilə bağlı, bu zalda da bizim jurnalistika ilə peşəkar səviyyədə məşğul olmuş dostlarımız var. Bu 20 özəl məlumat həddindən artıq çoxdur. Bəlkə tutaq ki, bu media subyekti üç özəl məlumat yayar, amma kifayət qədər samballı, tutaralı məlumatlardır. Yaxud o daha çox maarifləndirmə işinə diqqət yetirir tutaq ki, müəllif yazılarına, müəlliflər bu və ya digər məsələlərlə bağlı məqalələrlə orada müəlliflər çıxış edir. Gündə 20 özəl informasiya o deməkdir ki, keyfiyyət aşağı düşür. Biz mətbuatda özümüz görürük ki, yazırlar filan rayonda, filan mənzil istismar idarəsinin müdiri işədn çıxarıldı, filan yerə təyin edildi. Azərbaycanda tutaq ki, hansısa rayonda kiminsə bir işdən çıxarılmasının nə əhəmiyyəti var ölkə mqiyasında, yaxuda da kiminsə keçisinin ekiz balası oldu...
Ona görə də hörmətli sədr hesab edirəm ki, qanunlarda məhdudlaşdırıcı normaları azaltmalıyıq, insanların hüquq və azadlıqlarını əslində genişləndirməliyik. Biz məhdudiyyətlər tətbiq etməklə nəyə nail olmaq istəyirik və hara gedirik, şəxsən bu mənim üçün qaranlıqdır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 04 İyul 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see341

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see334

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see329

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see326

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see312

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see308

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see304

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see299

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see288

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see287

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see275

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see261

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see257

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see232

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see232

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see229

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see224

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see211

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri