Icma.az
close
up
RU
Qanunsuz aborta görə bu cəza verilə bilər

Qanunsuz aborta görə bu cəza verilə bilər

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Qanunsuz abortlar bir çox ciddi təhlükələrə səbəb ola bilər. Bunlar arasında ən önəmliləri adətən peşəkar tibbi şəraitdə həyata keçirilmədiyi üçün infeksiya, ağır qanaxma, orqanın zədələnməsi kimi fəsadlarla nəticələnə bilər. İkincisi, abortların qadınlar üzərində psixoloji təsirləri ciddidir. Qanunsuz abortların nəticəsi olaraq, qadınlarda gələcəkdə hamiləlik problemləri, o cümlədən infertillik və ya doğuş zamanı komplikasiyalar baş verə bilər. 

Azərbaycanda ümumi abort statistikası göstərir ki, 2023-cü ildə ölkə üzrə 73,816 abort qeydə alınıb. Bu göstərici əvvəlki illərlə müqayisədə artım nümayiş etdirir, məsələn, 2022-ci ildə abortların sayı 57,999 olub.  

Qanunsuz abortların ümumi abortlar içindəki nisbətini müəyyən etmək çətin olsa da, bəzi mənbələr qeyd edir ki, çox sayda abort tibbi qeydə alınmadan, qeyri-rəsmi şəraitdə həyata keçirilir.

Modern.az-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü, vəkil Rəşad Əliyev bildirib ki, qanunsuz abort etməyə görə, Cinayət Məcəlləsinin 141-ci maddəsi ilə məsuliyyət yaradır. Belə ki, həkim tərəfindən tibb müəssisələrindən kənarda abort etməyə görə beş yüz manatdan min manatadək, miqdarda cərimə və ya altı ayadək , müddətə islah işləri cəzaı nəzərdə tutulub. 

Bundan başqa, xüsusi ali tibbi təhsili olmayan şəxs tərəfindən abort etmə min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz saatadək , müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

Rəşad Əliyev deyib ki, qeyd edilən əməllər nəticəsində, zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurulduqda iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə,  və ya edilməməklə bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilə bilər.

Həmin əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda isə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

Zərif Sofiyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Mart 2025 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış

22 İyul 2026 16:55see440

Azərbaycanda bu peşələrə tələbat ARTIR 8 aya iş sahibi olmaq mümkün olacaq

22 İyul 2026 12:33see394

Asif İbrahimov: Hazırda bazarlar neftdən çox müharibəyə reaksiya verir

23 İyul 2026 14:47see318

Məşhurların Bodrum tətili Aktrisanın suya düşməsi gündəm oldu

22 İyul 2026 19:46see245

Premyer Liqa klubundan Qarnaçoya 50 milyon avroluq təklif Çelsi satacaqmı?

23 İyul 2026 01:30see235

ABŞ administrasiyası diplomatiyaya qapını bağlamaq istəmir

23 İyul 2026 15:33see216

Bu ixtisasları seçənlər işsiz qala bilər

22 İyul 2026 11:35see204

Azərbaycan Mədəniyyəti 2040 Konsepsiyası çərçivəsində 84 genişmiqyaslı tədbirə nəzarət mexanizmi yaradılıb

23 İyul 2026 11:35see200

İspaniyada DÇ 2026 çempionlarını POMİDORLA mükafatlandırdılar VİDEO

23 İyul 2026 01:02see189

“Mənim işim insan öldürməkdir” 24 qətl törədən “Saşa Soldat”ın inanılmaz taleyi

22 İyul 2026 20:17see186

“Kəpəz” Benito ilə danışıq aparır

22 İyul 2026 23:56see176

İngiltərə klubunun baş məşqçisi casusluqda ittiham olunur

22 İyul 2026 19:46see174

“Liverpul”un potensial həmsahibləri Vinisius və Oliseni transfer etmək istəyirlər

23 İyul 2026 00:50see173

“Qarabağ“ın rəqibinin futbolçusu: “Bizim üçün heç heçə məğlubiyyətə bərabərdir“

22 İyul 2026 12:33see169

Ət niyə od tutub yanır?

23 İyul 2026 13:49see166

5 dəqiqəlik üsulla stressi idarə edin

23 İyul 2026 15:05see162

Braqa dan qələbə, Başakşehir dən heç heçə

23 İyul 2026 02:45see161

Sabah bu rayonda qazın verilməsində fasilə olacaq

22 İyul 2026 19:32see161

Müstəmləkəçiliyə qarşı mübarizə əzmimiz

23 İyul 2026 11:13see160

“Kəpəz”də portuqaliyalı forvard

22 İyul 2026 21:12see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri