Icma.az
close
up
RU
Qanunsuz mərc və şans oyunları saytları vətəndaşları aldadırlar Deputatlardan XƏBƏRDARLIQ

Qanunsuz mərc və şans oyunları saytları vətəndaşları aldadırlar Deputatlardan XƏBƏRDARLIQ

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sosial şəbəkələrdə qanunsuz mərc və şans oyunlarının reklamı və təbliği ilə bağlı təhlükə hələ də qalmaqdadır. "Mostbet", "Pin-Up", "1xBet", "Betbuta", "10linelotto" kimi qanunsuz platformalar təkcə vətəndaşların pullarını deyil, həm də psixoloji sağlamlığını hədəf alır. Vətəndaşlar bu cür qanunsuz mərc və şans oyunlarının asan gəlir vəd edən təbliğatına aldanaraq maliyyə və mənəvi baxımdan ciddi zərərə uğrayır və bu cür qanunsuz virtual oyunların toruna düşürlər. 
Qanunsuz mərc və şans oyunları platformaları istifadəçiləri yüksək məbləğdə uduşla cəlb etsə də, bu vədlərin əksəriyyəti reallığı əks etdirmir. Müxtəlif futbol fan səhifələri və sosial şəbəkələr bu platformalardan narazı insanların şikayətləri ilə doludur. Mərc edib qazanc əldə edən şəxslər tələyə düşdüklərini etiraf edirlər. Oyunsevərlər bildirirlər ki, bu platformalar kiçik məbləğlər qazanıldıqda ödəniş edərək istifadəçilərin etimadını qazanırlar. Lakin böyük məbləğdə uduş olduqda pulları ödəməkdən imtina edir, hətta hesabları bloklayırlar. 
Milli Məclisin deputatı Azər Badamov məsələ ilə bağlı Demokrat.az-a bildirib ki, qanunsuz reklamlar və vətəndaşların aldadılması hüquqi məsuliyyət yaradır. Onun sözlərinə görə, Azərbaycanda reklam haqqında qanun var və bütün reklamlar qanun çərçivəsində olunmalıdır.
“Əgər ölkəmizin hər hansı bir vətəndaşı sosial şəbəkələrin imkanlarından istifadə edərək insanları aldadırsa, bu, dələduzluq kimi dəyərləndirilir və zərərçəkmiş şəxs hüquq-mühafizə orqanlarına müraciət etməli və məsələyə hüquqi qiymətin verilməsi üçün hərəkətə keçməlidir. Bu gün süni intellektin verdiyi imkanlar sosial şəbəkələrə nəzarətin edilməsini çətinləşdirir. Sosial şəbəkələrə reklamlar ancaq ölkəmizdən yox, həm də xaricdən daxil olur. O cümlədən, ölkəmizdə senzura olmadığından sosial şəbəkələrdə fəaliyyət müstəqildir”. 
Millət vəkili Ceyhun Məmmədov da sözügedən məsələnin çox ciddi problem olduğunu deyir:
“Hesab edirəm ki, Azərbaycanda sosial şəbəkələrdə müəyyən məsələlərə filtrin qoyulmasına, nəzarətin gücləndirilməsinə ehtiyac var. Hüquq-mühafizə orqanları bir çox tədbirlər görürlər, amma yenə də çalışmalıyıq".
Deputat qeyd edib ki, qanunsuz mərc və şans oyunları platformalarının gənclərə nə qədər ziyanlı olduğu, mənfi təsir göstərdiyi barədə davamlı maarifləndirmə işi aparılmalıdır:
Demokrat.az-a danışan millət vəkili Fazil Mustafanın sözlərinə görə, qanunsuz mərc və şans oyunları platformalarının məqsədi insanları aldatmaqdır. Bu cür saytlara daxil olan şəxslər risk etdiyini və hüquqlarının qanuni şəkildə qorunmadığını bilməlidirlər. 
Qeyd edək ki, qanunsuz mərc və şans oyunları ölkə iqtisadiyyatı üçün ciddi təhlükə hesab edilir. "Mostbet", "Pin-Up", "1xBet", "Betbuta", "10linelotto" kimi qanunsuz mərc və şans oyunları platformaları Azərbaycanda lisenziyasız fəaliyyət göstərir, qanunsuz yolla külli miqdarda pul qazanır, dövlətə heç bir vergi ödəmir, dövlət nəzarətindən kənarda fəaliyyət göstərir və istifadəçilər qarşısında heç bir hüquqi məsuliyyət daşımır. Nəticədə, vətəndaşlar aldadıldıqda, qazandıqları pulları ala bilmədikdə heç bir rəsmi quruma müraciət edə bilmirlər.
Azərbaycan hüquq-mühafizə orqanları da qanunsuz mərc və şans oyunları keçirənlərə qarşı mübarizəni gücləndirib. Bu fəaliyyətlərlə məşğul olanlara qarşı mütəmadi əməliyyatlar həyata keçirilir və qanunsuz mərc və şans oyunları təşkil edən və oynayan şəxslər və dəstə üzvləri saxlanılır. 
Təkcə son aylarda hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatlara nəzər yetirsək görərik ki, cinayətkar qruplar milyonlarla vəsait əldə etməklə, vergidən yayınır və ölkə iqtisadiyyatına külli miqdarda ziyan vururlar. Həmçinin qanunsuz mərc və şans oyunları platformaları vətəndaşlardan qazandıqları pulları çirkli pulların yuyulmasına, narkotik ticarətinə, silah alverinə və digər bu kimi cinayət fəaliyyətlərinə maliyyə dəstəyi göstərir. 
Tələyə düşməmək və cinayətkar şəbəkələrin maliyyələşməsinə dəstək verməmək üçün hər bir vətəndaş "Mostbet", "Pin-Up", "1xBet", "Betbuta", "10linelotto" kimi qanunsuz mərc və şans oyunları platformalarından uzaq durmalı və bu cür dələduzluqlara qarşı diqqətli olmalıdır.
Kənan
Demokrat.az

 
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 Fevral 2026 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see228

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see228

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see223

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see221

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see201

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see196

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see195

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see183

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see182

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see179

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see173

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see170

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see164

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see162

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see160

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see157

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see149

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see145

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see145

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri