Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Söyüş və təhqir azadlığı demokratiya deyil

Söyüş və təhqir azadlığı demokratiya deyil

Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2020-ci ilin sentyabrına qədər Azərbaycan dövlətinə qarşı bir geosiyasi təzyiq silah vardı - Qarabağın işğalı. Demokratiya və insan hüquqları, ədalətli seçki və media azadlığı tələbləri torpaqlarımızı işğalda saxlamaq, təbii sərvətlərimizi ələ keçirmək üçün siyasi deklarasiyalar kimi istifadə olunurdu. Xarici siyasətimizə, iqtisadi qərarlarımıza təsir göstərmək üçün dərhal atəşkəs rejimini pozurdular.

Xalqcebhesi.az xəbər verir ki, bunu deputat Zahid Oruc parlamentdə çıxışı zamanı deyib.

O, qeyd edib ki, Prezident İlham Əliyevin liderliyi ilə qazandığımız Qələbə təkcə düşmən ordularını ərazilərimizdən çıxarmadı, həm də Azərbaycana qarşı təzyiq silahlarını məhv etdi. İndi hərbi meydanda məğlub olanlar informasiya məkanında ölkəmizə qarşı ikinci cəbhə açıblar:

"Xüsusilə də süni intellekt əsaslı fake və deepfake əməliyyatları gündəlik rejimdə aparılan hibrid savaşdır. Məqsəd Qələbəmizi, 8 avqustda Ağ Evdə əldə olunan razılaşmaları, Ermənistanla imzalanacaq sülh müqaviləsini sarsıtmaq, yenidən xalqları düşmən etmək, regionu sümürmək, eləcə də Böyük Orta Asiyanın bir parçasına çevrilən, Yaxın Şərqdə sülhyaradıcı qüvvə kimi çıxış edən, Rusiya-Ukrayna müharibəsindən və İranla qlobal gərginlikdən uğurla qorunan dövləti siyasi yolundan döndərməkdir.

Prezidentin hərbi Qələbəni - Sülh Zəfərinə çevirməsi qlobal müharibə partiyasını narahat edir. Göründüyü kimi, regionda sanksiya və embarqolara məruz qalmayan tək ölkəyə son 100 ildəki kimi Ermənistan vasitəsilə təzyiq edə bilmirlər".

Z.Oruc əlavə edib ki, ona görə də dövlət başçısına qarşı aparılan böhtan və şər kampaniyası bir şəxsiyyət - lider əleyhinə deyil, dövlətimizi və Qələbəmizi ləkələmək planlarının tərkib hissəsidir.

Müasir kommunikasiya əsrində süni zəka proqramları terror mediasının texnoloji silahıdır. Hücumlar şəxsi qisas deyil, Natali Luazo, Rafael Qlüksman kimi siyasi lobbiçilərin və kəşfiyyat mərkəzlərinin birgə işidir:

"Lakin sosial media korporasiyaları, youtube və digər platformalar hibrid müharibə cinayətlərinə görə hüquqi məsuliyyət daşıyırlar. Müstəqil dövlətlərin rəqəmsal suverenliyinə hücum silahlı müharibə ilə eyni əməllərdir.

Diqqət edin, Avropa Birliyi Ermənistana informasiya məkanını və rəqəmsal suverenliyni qorumaq üçün 15 milyon avro ayırır. Əlbəttə, öz pullarıdır, etirazımız yoxdur. Lakin Brüssel administasiyası ayaqlarına və beyinlərinə çip bağlanan sosial simasını itirmiş ünsürlərin ölkəmizə qarşı informasiya hücumlarına biganə qala bilməz. Söyüş və təhqir azadlığı demokratiya deyil.

Azərbaycanın məhkəmə orqanları antikonstitusion çağırışlar yayan və milli dəyərləri gözdən salanlara qarşı hüquqi hökmlər çıxarıb, cinayətkarları Almaniya, Fransa və digər ölkələrdən geri istəyir. Biz Avropa Birliyininin hökumət və məhkəmə orqanlarından beynəlxalq konvensiyaların tələblərinə uyğun addım atmalarını gözləyirik".

O, qeyd edib ki, mətbuat və söz azadlığı terrorçuları qorumaq üçün çətir ola bilməz. Müstəqil dövlətləri linç etməyi dayandırsınlar.

Azərbaycan Süni intellektin geosiyasi təzyiq silahına çevrilməsinə qarşı qanun qəbul edə, deepfake-i cinayət əməli, xaricdən idarə olunan hibrid kampaniyaları milli təhlükəsizliyə təhdid kimi dəyərləndirərək Meta, X, TikTok və digər kompaniyalardan “sil- blokla-izah ver” mexanizmi ilə cavabdehlik tələb edə bilər.

Metadata, səs izi, piksel anomaliyası, sosial medianın 7-24 monitorinqi, bot şəbəkələr, koordinasiyalı hücumların xəritəsi, hələ yayılmamış kampaniyanın zərərsizləşdirilməsi üçün yeni texnoloji həllə tapmalıyıq:

"Parlament üzvləri beynəlxalq görüşlərdə sığınacaq verən dövlətləri Qaçqınlıq satatusu haqqında 1951-ci il Konvensiyasının terrorçuları qorumaq üçün immunitet yaratmadığını vurğulaya bilər.

Biz Milli Məclisdə yaradılan Xarici müdaxilələrə və hibrid təhlükələrə qarşı komissiyasının fəaliyyətini təqdir edərək, onu genişləndirib Türk dövlətləri ilə birlikdə informasiya suverenliyimizi qoruya bilərik.

İkinci təklifimiz cənab Prezidentin Elmlər Akademiyasının 80-illik yubileyində dövlət dili haqqında mühüm çağırışları ilə bağlıdır.

Təəssüf ki, çoxəsrlik faciəli tariximiz bizi qonşuları azərbaycanlılar olan dövlətə çevirib. İndi Vətən müharibəsində Qələbədən sonra 50 milyonluq azərbaycanlılar dil birliyindən yeni mədəni-mənəvi və siyasi yüksəliş mərhələsinə keçirlər. Ona görə də dilimizin coğrafiyasını genişləndirməliyik.

İngilsi dili ABŞ və Britaniyanın dünyada ən böyük yumşaq gücü, mədəni işğal silahıdır.

Biz uzun illər məğlubiyyət dili ilə danışımışıq. Kitablarımız, əsərlərimiz, bütün yaradıcılıq nümunələrimiz soyrıqım və faciələrdən bəhs edib. Gəlin, indi qalibiyyət dilini, ədəbiyyatını, səlnaməsini, simfoniyasını, heykəltaraşlığını ərsəyə gətirək.

Prezidentin mesajı odur ki, dövlət dilimizi xarici ölkələrdə məişət səviyyəsindən çıxarıb siyasi hökmran mövqeyə yüksəltmək istəyiriksə, güclü ideyalar, dəyərlər və əsərlər ixrac etməliyik.

Ruskiy mir və Fars dilinin əhatəsində ölkə başçısı Azərbaycan dövlət dilinin suverenliyi ideyasını irəli sürür.

Milli Məclisin yaz sessiyasında ötən il uğurla keçirdiyi tədbiri nümunə alaraq, dövlətimizin dil siyasətinə həsr olunan xüsusi tədbirlər planının qəbulunu təklif edirik".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 02 Fevral 2026 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see367

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see289

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see270

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see250

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see249

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see233

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see227

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see224

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see214

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see211

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see206

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see204

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see203

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see201

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see200

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see199

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see195

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see188

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see179

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri