Qanunsuz ov edən şəxs saxlanılıb Video
Icma.az, Anews portalına istinadən məlumat verir.
Qaradağ rayonunda strateji obyektin yaxınlığında qanunsuz ov edən şəxs saxlanılıb. Bu barədə Su Nəqliyyatında Polis İdarəsindən məlumat verilib.
Bildirilib ki, yanvarın 16-da Su Nəqliyyatında Polis İdarəsinin Brokonyerlərə qarşı mübarizə bölməsinin və Abşeron xətt polis məntəqəsinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində idarənin xidməti ərazisində yerləşən və strateji obyekt sayılan "Göy” zavodun qarşısında qanunsuz ovla məşğul olan 1995-ci il təvəllüdlü Qaradağ sakini Süleymanov Mehdi Rasim oğlu saxlanılıb. Yoxlama zamanı ondan 1 ədəd 12 kalibrli ov silahı, 2 ədəd qaşqaldaq, 1 ədəd ördək maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az

Saatlıda qanunsuz ov edən şəxs saxlanılıb AZƏRTAC
18 Dekabr 2024 13:28
Lerikdə qanunsuz ov edən şəxs saxlanılıb AZƏRTAC
21 Dekabr 2024 17:16
Qanunsuz ova cəhd edən şəxs saxlanılıb
07 Fevral 2025 14:45
Qızılağacda qanunsuz ov edən şəxs saxlanıldı
04 Fevral 2025 19:32
Tovuzda qanunsuz ov edən şəxs saxlanıldı FOTO
22 Noyabr 2024 11:02

