Icma.az
close
up
RU
“Qanunsuz qərarlar məhkəmə sistemini sarsıdır” Vəkildən Apellyasiya məhkəməsinə sərt irad

“Qanunsuz qərarlar məhkəmə sistemini sarsıdır” Vəkildən Apellyasiya məhkəməsinə sərt irad

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Allahtərəfi deyim ki, Vəli Abdullayev həm Gəncə şəhər Kəpəz rayon Məhkəməsində, həm də Şirvan Apellyasiya Məhkəməsinə sədr təyin edildiyi gündən hər zaman yaddaşımda ən ədalətli hakim və sədr kimi qalıb. Bu gün də onun haqqında heç bir fikir dəyişikliyim yoxdur”.

Gununsesi.infoxəbər verir ki, bu sözləri vəkil Əziz Qəmbərli deyib.

Əziz Qəmbərli Şirvan Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının gənc hakimi Ceyhun Quliyevdən narazılığını dilə gətirib.

O, bu barədə yazıb:

“Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının gənc hakimi Ceyhun Quliyevdə sayca bu gün ikici işim oldu. Birinci işimdə verdiyi qanunsuz qərar Bakı Apellyasiya Məhkəməsində ləğv edildi və Ali Məhkəmədə də qüvvədə qaldı. İkinci qanunsuz qərarı isə bu gün qəbul etdi. Müvəqqəti təmin tədbiri qismində Şirvan İnzibati Məhkəməsinin qərardadını ərizəçinin “subyektiv hüququn yoxdur” deyə ləğv edib, Ağcabədi rayon İcra Hakimiyyətinin qanunsuzluğuna dövlət adından qanuni don geyindirib. Cənab prezidentin Sərəncamından xəbəri olmayan hakimin bu qədər önəmli vəzifəyə təyin edilməsi nə dərəcədə düzdür? Bu ritorik sualım Məhkəmə Hüquq Şurasınadır. Hakimləri prezidentə təyinat üçün təqdim edəndə diqqətli olmaqlarını xahiş edirəm”.

Əziz Qəmbərli, həmçinin deyib:

“2014-cü ildən vəkiləm. 2023-cü ildə İnam müəllim Ali Məhkəməyə sədr təyin ediləndə çox sevindim. Açığı, 2023-2024-cü illərdə çoxsaylı ədalətli qərarların şahidi oldum. 2025-ci ilə isə elə bir hər şey tərsinə çöndü. Hətta Ali Məhkəmə özünün qanuni qərarını sonradan tanımadı. 2014-cü ildən 2025-ci ilədək Məhkəmələrin belə vəziyyətə düşməsinin şahidi olmamışam. Qanunların tətbiq edilməsi sahəsində təcrübəsizlik dövlətimizi sarsıdır!”

Vəkil eyni zamanda qarşılaşdığı qanunsuzluq barədə də bu sözləri qeyd edib:

“1992-ci ildən 2019-cu ilədək məcburi köçkünün qanuni istifadəsində olan dövlət torpağı və onun üzərində inşa edilmiş fermanın mülkiyyətçisinə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququn yoxdur əsası ilə ərizəni rədd etdi. İşin halları ondan ibarətdir ki, Xocavənd rayonundan məcburi köçkün H.Ə.Ş Ağcabədi rayon İcra Hakimiyyətindən iki dəfə, hər dəfəsi 15 il müddət olmaqla uzunmüddətli icarə müqaviləsi bağlayıb və torpaq sahəsi icarəyə götürərəl ferma yaradıb. Fermada 500-ə yaxın xırdabuynuzlu heyvan var hazırda. Ağcabədi rayon İcra Hakimiyyəti isə həmin torpaq sahəsini qanunsuz yollarla digər şəxsə verilməsi barədə Sərəncam imzalayıb. Qanunsuzluğu ondan ibarətdir ki, torpaqların idarə edilməsi haqqında qanunun tələbinə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlar icarəyə verilən zaman Kənd Təsərüffatı Nazirliyinin və Əmlak Komitəsinin rəyi lazımdır. Kənd Təsərrüfatı Nazirliyi İcra Hakimiyyətinin hərəkətlərinin qanunsuz olduğunu bilərək rəy verməmiş, əmlak komitəsi isə rəy vermişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 01.07.2004-cü il tarixli 298 nömrəli Sərəncamın 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılsın ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq, 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər. Mən Sərəncamı prosesdə elan edəndə hakim həmin Sərəncamdan xəbərinin olmadığını bildirdi. İclasın video diskinə də baxsanız, görərsiniz. Belə bir mühüm qanundan Apellyasiya məhkəməsinin hakiminin xəbərinin olmaması, vallah, utanvericidir. Mən artıq o həddə gəlmişəm ki, bu cür qanunsuzluqların qarşısında vəkillik etməyək. Artıq bu barədə fikirləşməyin vaxtıdır, məncə. Ancaq mən bu barədə qərarımı Məhkəmə Hüquq Şurasının sədri olan hörmətli İnam Kərimovun şəxsən qəbuluna düşəndən sonra elan edəcəm. Hazırda isə İnam Kərimovdan xahiş edirəm ki, məni qəbul etsin”.

Günay

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 25 Noyabr 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see170

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri