Icma.az
close
up
RU
Qanunun aliliyi Co Baydenin oğluna şamil olunmur?

Qanunun aliliyi Co Baydenin oğluna şamil olunmur?

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel Gürcüstandakı siyasi vəziyyəti şərh edərkən hökuməti qanunun aliliyini qorumağa çağırıb. Vaşinqton rəsmisi Gürcüstanda nümayişçilərə qarşı "hədsiz güc tətbiqi"ndən narahatlığını dilə gətirib: "Biz Gürcüstan hökumətinə qəti şəkildə qanunun aliliyinə, insan haqları və əsas azadlıqlarına riayət etməyi məsləhət görürük".

ABŞ-nin demokratlar administrasiyasının maraqlarına zidd davranan dövlətlərin hakimiyyətlərinə qarşı "qanunun aliliyi", "insan haqları", "əsas azadlıqlar", "jurnalistlərin təqibi" adı altında basqı etməsinə bütün dünya öyrəncəlidir. Polis zorakılığı, kriminal, qanunverici orqana sirayət etmiş korrupsiyanın tüğyan etdiyi bir dövlətin rəhbərliyinin digərlərinə siyasi etika dərsi keçməsinə artıq önəm verən də yoxdur.

"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.

Ancaq Vaşinqton rəsmisinin Gürcüstan hökumətinə "dərs keçmək" istədiyi bir vaxtda ABŞ-nin birinci şəxsi, Prezident Co Baydenin özünün qanunun aliliyini tapdaq altına salması istehza doğurur. Söhbət seçilmiş prezident Donald Tramp demişkən, "yuxulu Co"nun həmin qanunun aliliyini qulaqardına vuraraq cinayət törətmiş oğlunu əfv etməsindən gedir. Narkoman, əyyaş və tüfeyli həyat sürən Hanter Baydenlə bağlı cinayət işi 2018-ci ildən davam edir. Onun vergidən yayınma və qanunsuz silah saxlama maddələrinə əsasən cinayət törətdiyi bildirilir. 2023-cü ildə oğul Baydenə qarşı konkret ittiham irəli sürülüb və məhkəmə qərarı qüvvədədir. İndi isə hakimiyyətlə vidalaşmaqda olan ata Bayden Hanteri ədalətin məngənəsindən qurtarmaq üçün əfv etmək qərarına gəlib. ABŞ-nin demokratlar administrasiyasının başında duran şəxs olduqca "demokratik" addım ataraq cinayətkara qarşı qanunun "aliliyi"nin necə təmin olunduğunu əyani nümayiş etdirib.

Baydenin qanuna həqarət olan bu qərarının ciddi tənqid hədəfinə çevriləcəyi əvvəldən aydın idi. Çox vaxt özünü belə unudan ata Bayden belə çıxır ki, hakimiyyətdən getməmişdən əvvəl ərkəsöyün oğluna son hədiyyəsini etməyi unutmayıb. Demokrat prezident addımına bununla haqq qazandırıb ki, "Hanter məhz onun oğlu olduğuna görə təqib edilir": "Ümid edirəm ki, amerikalılar ata və prezidentin niyə bu qərarı qəbul etdiyini anlayacaqlar". Şübhə yoxdur ki, anlayacaqlar, ancaq anlaşılmayan başqa məqamlar da var. Məsələn, eyni maddələrlə ABŞ-də cinayət törətmiş, yaxud qanunun tələblərindən gizlənmiş minlərlə amerikalı var və onların hamısı kimlərinsə övladlarıdır. Məntiqlə, onların da valideyinlərnin eyni əsasla övladlarının əfvini tələb etməyə haqları var. Bəyəm ABŞ hamının, o cümlədən prezidentlə sıravi amerikalıların bərabər hüquqlara malik olduğu ölkə deyil?

Baydenin cinayətkar oğlunu əfv etməsi gözlənildiyi kimi, respublikaçılar cəbhəsində hiddətlə qarşılanıb. Prezidentin ittiham olunan oğludur deyə qanunu pozması bir yana, seçilmiş dövlət başçısı Trampa qarşı irəli sürülmüş məhkəmə işlərinin hələ unudulmadığı bir vaxtda bunu etməsi xüsusilə maraqlıdır. Aydındır ki, Tramp hadisəyə reaksiya verməyə bilməzdi. Ən azı ona görə ki, demokratlar administrasiyası onun yenidən prezident seçilməsini əngəlləmək üçün barəsində nə az, nə də çox - düz 34 ittiham üzrə iş qaldırıb. Bir il bundan əvvəl Trampın bu ittihamlar fonunda yenidən prezidentliyə namizəd olacağına, hətta bir daha seçiləcəyinə inananlar o qədər də çox deyildi. Bu baxımdan, barəsində məhkəmə işini dəf edərək yenidən Ağ Evə sahib çıxmış Trampın kiçik Baydenin əfvini səssiz qarşılayacağı ağlabatan görünmür.

Vəkillər Todd Blanş və Emil Bouv artıq bəyan ediblər ki, əgər belədirsə, onda Tramp barədə qaldırılmış iddialar da ləğv olunmalıdır. Çünki ortada Baydenin özünün baiskarı olduğu presedent var. Əgər ata Bayden kiçik Baydenin prezident oğlu olduğuna görə təqibə məruz qaldığını düşünürsə, Trampa qarşı qaldırılmış iddialar da onun siyasi görüşlərinə görədir: "Trampın siyasi baxışları Vaşinqtondakı korrupsiyalaşmış siyasətçilər üçün təhlükə olmasaydı, bu ittihamlar heç vaxt qaldırılmazdı".

Baydenin oğluna münasibətdə qanunsuz üzgörənliyi ABŞ-nin demokratlar hakimiyyəti illərində qəbul edilmiş bir çox kritik qərarların legitimliyini sual altına alır. Oğul Baydenə münasibətdə tətbiq edilmiş əfv onun məhz prezident oğlu olduğuna görədirsə, deməli, merkantil və şəxsi maraqları güdən bu kimi addımlar az olmayıb. Əgər problemi şəxsi və daxili müstəvidən beynəlxalq platformaya transformasiya etsək, demokratlar administrasiyasının yürütdüyü siyasətin bir çox hallarda qərəzli və məqsədli olduğunu görərik. Uzağa getməyək, Gürcüstan hökumətinin sıxışdırılması ona görə edilir ki, Tbilisi Qərbin tələblərinə boyun əymir. Bakıda uğurla başa çatan COP29-a qarşı gözdənsalma kampaniyası ona görə aparılırdı ki, demokratların gözləntiləri cavabsız qalmışdı, erməni dostlarının bəzi xülyaları Azərbaycan tərəfindən qətiyyətlə rədd edilirdi. Bir az da tarixə varsaq, yenicə prezident seçilmiş Bayden dövlətinin maraqlarına zidd gedərək "erməni soyqırımı"nı ona görə tanıdı ki, türk və İslam dünyasına patoloji nifrəti var.

Son günlərini yaşayan Bayden administrasiyası ABŞ tarixinə ən uğursuz iqtidarlardan biri kimi daxil olacaq. İlk gündən seçki saxtalaşdırmaları hesabına hakimiyyət olimpinə qalxmış Baydenin dörd ildən sonra biabırçı şəkildə seçki prosesindən çəkilməsi, yerinə irəli sürülən namizədin isə bir vaxtlar səslərini oğurladıqları Trampa məğlub olması, onun hakimiyyətinin silinməz ləkəsidir. Onun bu rəzalət yolunun son anlarında cinayət törətmiş oğlunu əfv etməsini amerikalılar illər sonra yəgin ki, "Hantergeyt" adı ilə xatırlayacaqlar...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Dekabr 2024 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları

10 İyun 2026 16:52see237

Tramp: ABŞ ın İrana qarşı genişmiqyaslı əməliyyatları çox baha başa gələr

10 İyun 2026 00:06see234

İrana hücumların təkrarlanması ciddi iqtisadi problemlərə səbəb olardı Tramp

10 İyun 2026 00:43see227

Yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmalıdır

10 İyun 2026 12:19see215

Hansı tərəfimiz üzərində yatmalıyıq?

10 İyun 2026 04:43see205

Evdəki gizli təhlükə: Tozsoranla bağlı bilinməyənlər...

10 İyun 2026 03:03see192

Ürək üçün ən faydalı 10 QİDA

10 İyun 2026 04:05see189

İranlı deputatdan Azərbaycanla bağlı SENSASİON ÇIXIŞ

10 İyun 2026 22:12see186

U 21 qırğızlarla bacarmadı

09 İyun 2026 21:09see185

Bu məkanlar BŞİH dən alındı

10 İyun 2026 21:24see184

“Qəbələ” legionerini göndərdi

09 İyun 2026 22:07see179

“Liverpul” Konatenin yerinə dörd müdafiəçini nəzərdən keçirir

10 İyun 2026 05:17see179

İran Trampın hədəsinə CAVAB VERDİ

10 İyun 2026 00:41see177

Aİ səfirləri Rusiyaya qarşı 21 ci sanksiya paketini müzakirə etməyə başlayacaqlar

10 İyun 2026 03:09see176

Daha bir klub Asensioya “elçi düşdü”

09 İyun 2026 20:07see173

Şamaxı millimizin müdafiəçisini transfer etdi RƏSMİ

10 İyun 2026 21:22see173

Vens: ABŞ İran razılaşmasının yekunlaşdırılması aylar çəkə bilər

10 İyun 2026 05:02see173

Nevroloqlarımız İstanbul konfransında

11 İyun 2026 12:02see161

Tusk: Zelenskinin bəzi açıqlamaları məni qəzəbləndirir

10 İyun 2026 05:50see161

Şimali İrlandiyada gərginlik: Belfastda zorakılıq aksiyaları baş qaldırıb

10 İyun 2026 06:02see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri