Icma.az
close
up
RU
Qanunun aliliyi sabitliyin təminatıdır

Qanunun aliliyi sabitliyin təminatıdır

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan dövlətçiliyinin mühüm sütunlarından olan polis orqanları artıq 108 ilə yaxındır ki, xalqın təhlükəsizliyinin, ictimai asayişin və qanunçuluğun keşiyində dayanır. Hər il 2 iyul tarixinin Polis Günü kimi qeyd olunması bu şərəfli peşə sahiblərinə göstərilən dövlət qayğısının və ictimai ehtiramın canlı ifadəsidir.

1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Polis Orqanlarının yaradılması haqqında qəbul etdiyi qərarla ölkəmizdə müasir hüquq-mühafizə sisteminin əsası qoyuldu. Cümhuriyyətin qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq, dövlət idarəçiliyinin səmərəli təşkili məqsədilə daxili təhlükəsizlik sistemi formalaşdırmış, inkişaf etməklə müasir Azərbaycan polisinin təməlini təşkil etmişdir.

Müstəqilliyin ilk illərində ölkədə yaranmış mürəkkəb ictimai-siyasi vəziyyət, separatçılıq meyilləri, cinayətkarlığın artması, Ermənistanın işğalçılıq siyasəti və hərbi təcavüzü daxili işlər orqanlarının qarşısında olduqca çətin vəzifələr qoymuşdu. Polis əməkdaşları dövlət müstəqilliyinin qorunması, ictimai sabitliyin təmin edilməsi və hüquq qaydalarının bərpası uğrunda mübarizədə əsl vətənpərvərlik nümunəsi, əzmkarlıq, cəsarət və şücaət göstərdilər.

Bu gün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ölkədə cinayətkarlığa qarşı mübarizəni müasir metodlar əsasında həyata keçirir. Nazirliyin aidiyyəti qurumları transmilli mütəşəkkil cinayətkarlığa, narkotik vasitələrin qanunsuz dövriyyəsi, insan alveri, qanunsuz silah əldə etmə halları, kibercinayətkarlıq və digər mütəşəkkil dəstələrə qarşı ardıcıl əməliyyat tədbirləri görür. Cinayətlərin qarşısının alınması və açılması sahəsində əldə olunan nəticələr ölkədə sabitliyin dayanıqlı və kriminogen durumun nəzarətdə olmasına xidmət edir.

Son illərdə informasiya texnologiyalarının sürətli inkişafı hüquq-mühafizə orqanlarının fəaliyyətində yeni istiqamətlər müəyyənləşdirir. Elektron xidmətlərin tətbiqi, rəqəmsal nəzarət sistemlərinin genişləndirilməsi, kibercinayətkarlığa qarşı xüsusi mübarizə mexanizmlərinin yaradılması Daxili İşlər Nazirliyinin fəaliyyətinin effektivliyini artıran amillər sırasında vətəndaş məmnunluğu ilə yadda qalır.

Azərbaycan polisi həm də ictimai asayişin təmin edilməsində mühüm rol oynayır. Bakının kütləvi beynəlxalq tədbirlərə ev sahibliyi edib onun təhlükəsiz keçirilməsi, yol hərəkətinin tənzimlənməsi, vətəndaş müraciətlərinə operativ baxılması və fövqəladə hallara çevik reaksiya verilməsi polisin gündəlik xidmətinin ayrılmaz tərkib hissəsidir.

Ölkənin sabit və təhlükəsiz dövlət kimi beynəlxalq nüfuzunun qorunmasında polis əməkdaşlarının xidməti xüsusi əhəmiyyət daşıyır. Ölkədə vətəndaş təhlükəsizliyinin təmin edilməsi COP-29 və WUF-13 kimi beynəlxalq tədbirlərin keçirilməsinə zəmanət verdi.

Qanunun aliliyinə, vətəndaşların hüquq və azadlıqlarına hörmət, cinayətkarlığa qarşı qətiyyətli mübarizə Azərbaycan polisinin əsas fəaliyyət istiqamətləri və prinsipləridir. Məhz buna görə də polis xalqın təhlükəsizliyinin və sabitliyinin etibarlı təminatçılarından biri hesab olunur.

Son illərdə ölkədə kriminogen vəziyyətin sabit saxlanılması, cinayətlərin qarşısının alınması və açılma faizinin yüksəldilməsi istiqamətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Rəsmi məlumatlara görə, 2025-ci ildə ölkə üzrə 31 min 852 cinayət qeydə alınmışdır. Bu isə 2024-cü il ilə müqayisədə 6,2 faiz azdır.

Həmin cinayətlərin 90,5 faizinin açılması təmin edilmiş, daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində araşdırılan cinayətlərin 93,5 faizi açılmışdır. Göstəricilər hüquq-mühafizə orqanlarının operativ fəaliyyətinin səmərəliliyini və ölkədə ictimai təhlükəsizliyin etibarlı şəkildə qorunduğunu təsdiq edir.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 300-ə yaxın kriminal qrup zərərsizləşdirilmiş, mütəşəkkil cinayətkarlıqla mübarizə tədbirləri çərçivəsində 600 nəfər saxlanılmışdır. Belə tədbirlər cinayətkar qruplaşmaların fəaliyyətinin məhdudlaşdırılması və ictimai təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Kibercinayətkarlıq və informasiya texnologiyalarından istifadə etməklə törədilən hüquqpozmalara qarşı mübarizə də diqqət mərkəzində olmuşdur. Daxili İşlər Nazirliyi rəqəmsal texnologiyaların imkanlarından istifadə etməklə əməliyyat-axtarış fəaliyyətini təkmilləşdirmiş, vətəndaşların internet məkanında təhlükəsizliyinin təmin olunması istiqamətində yeni mexanizmlər tətbiq edilmişdir.

Polis peşəsi ən vacib və məsuliyyətli peşələrdən biridir. Cinayətkarlıqla mübarizə, asayişi, vətəndaşların həyatını və hüquqlarını qorumaq hər bir polis əməkdaşından yüksək peşəkarlıq, cəsarət, dəmir intizam və qüsursuz şəxsi kefiyyətlər tələb edir.

Polis veteranları da xidmətin ən gözəl ənənələrini qoruyub saxlamış və inkişaf etdirmişlər.

2 İyul Polis Günü münasibətilə daxili işlər orqanlarının əməkdaşlarını, veteranları və bu şərəfli peşəyə ömrünü həsr etmiş bütün polis işçilərini təbrik edir, onlara cansağlığı və yeni nailiyyətlər arzulayır, dövlətə və xalqa sədaqətlə xidmət edən Azərbaycan polisinə ölkədə təhlükəsizlik naminə məsuliyyətli missiyasının layiqincə davam etdirilməsində uğurlar diləyirik.

Şəmsəddin ƏLİYEV,
“Polisə dəstək” İctimai Birliyinin sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 İyul 2026 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see688

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see398

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see243

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see221

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see198

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see195

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see193

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see192

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see189

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see186

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see186

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see183

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see181

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see177

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see176

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see176

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see175

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see174

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see160

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri