Icma.az
close
up
RU
Qanunvericilik bazasının təkmilləşdirilməsi peşə təhsilinin əhatə dairəsinin genişləndiriləsinə təkan olacaq

Qanunvericilik bazasının təkmilləşdirilməsi peşə təhsilinin əhatə dairəsinin genişləndiriləsinə təkan olacaq

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Nigar Məmmədova

Milli Məclisin deputatı

“Təhsil haqqında” və "Peşə təhsili haqqında" qanunlara uyğunlaşdırma xarakterli dəyişikliklər ölkədə peşə təhsilinə marağı daha da artıracaq. Dəyişikliklərə əsasən, işğaldan azad olunmuş ərazilərdə məskunlaşan əhalinin peşə təhsili üzrə təhsil haqqının dövlət hesabına ödənilməsi nəzərdə tutulur. Belə ki, sənəddə işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış və növbəti üç tədris ili üzrə dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbul olunmuş, habelə həmin təhsil müəssisələrində təhsil almaqda olan şəxslərin təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsi vəsaiti hesabına ödəniləcək. Bu, sözügedən ərazilərdə peşə təhsilinin stimullaşdırılmasına və dayanıqlı məşğulluğun təmin olunmasına, eyni zamanda zəruri kadr potensialının yaradılmasına xidmət edir. Azad olunmuş ərazilərdə məskunlaşan şəxslərin, xüsusən də gənclərin peşə təhsilinin əmək bazarının tələblərinə uyğun inkişaf etdirilməsi vacib prioritetlərdən biridir.
Ümumiyyətlə, cənab Prezidentin müvafiq sərəncamı ilə işğaldan azad edilmiş ərazilərə qayıdış Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafının beş milli prioritetindən biri kimi müəyyən olunub. Hazırda Qarabağ və Şərqi Zəngəzurda 40 minə yaxın insan məskunlaşıb. Sevindirici haldır ki, işğaldan azad olunmuş ərazilərdə məşğulluq proqramları mütəmadi olaraq genişlənir. Həmin ərazilərə köçürülən sakinlərdən əmək qabiliyyətli olanların 86 faizinin məşğulluğu artıq təmin edilib. Bu da burada yaşayan əhalinin sosial rifahının yaxşılaşması deməkdir. 
Yeni dəyişikliklər həm də ölkədə peşə təhsilinə marağın daha da artmasına təkan olacaq. Məlumdur ki, peşə təhsili vasitəsilə gənclər əmək bazarlarında üstün olmaqla yanaşı həm də texnoloji nailiyyətlərdən yararlanır, zəruri təcrübələrə yiyələnirlər. Ümumiyyətlə, peşə təhsili məşğulluq imkanlarını artıran, şəxsi inkişafı dəstəkləyən əsas bacarıqları təmin edir. Eyni zamanda peşə təhsili məşğulluğu və məhsuldarlığı davamlı, səmərəli şəkildə dəstəkləməklə ölkələrin dayanıqlı inkişaf məqsədlərinə çatmasına zəmin yaradır. Azərbaycanda da peşə təhsilinin inkişafı prioritet məsələlərdən biridir. Təsadüfi deyil ki,  ölkəmizdə son illər peşə təhsili müəssisələrinə tələbə qəbulu 10 faizdən çox artıb. Hər il ali məktəbləri bitirən 100-dək vətəndaş peşə təhsilini seçir. Bu tendensiyanın qarşıdaki illərdə də davam edəcəyini söyləmək olar.  "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda da peşə təhsili sahəsində tələbə qəbulunun artırılması nəzərdə tutulur. 
Beynəlxalq təcrübəyə diqqət yetirsək, görərik ki, peşə təhsili xüsusilə inkişaf etməkdə olan ölkələrdə məşğulluğu əhəmiyyətli dərəcədə yaxşılaşdırır. İnkişaf etmiş peşə təhsili sistemləri olan ölkələrdə gənclər arasında işsizlik səviyyəsi daha aşağı, iqtisadiyyat daha sabitdir.
Peşə təhsili gənclərin iş dünyasına daha effektiv şəkildə inteqrasiyasını təmin edir. Təbii ki, peşə məktəblərinin də əmək bazarının tələblərinə uyğun ixtisaslar üzrə mütəxəssislər yetişdirməsi vacibdir. Hesab edirəm ki, qanunvericilik bazasının təkmilləşdirilməsi ölkəmizdə peşə təhsilinin əhatə dairəsinin genişləndirilmsinə, keyfiyyətin artırılmasına təkan olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Mart 2025 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see267

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see221

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see216

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see168

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see157

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see144

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri