Qapalı şəlalə, kəpənək və bambuk bağları, cakuzi Dünyanın ən yaxşı aeroportu
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Sinqapurun Çangi aeroportu dünyanın ən yaxşı hava limanıdır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Forbes Travel Guide” bələdçilik xidmətinin açıqladığı reytinqdə deyilir.
Artıq ikinci dəfədir, bu nominasiyada qalib seçilən Çangi aeroportu hava limanı konsepsiyasına yeniliklər gətirməsi ilə seçilir.
Belə ki, aeroportun daxilində dünyanın ən hündür qapalı şəlaləsi, 24 saat fəaliyyət göstərən kinoteatr, kəpənək və bambuk bağları, eləcə də sərnişinlərin təyyarələrin havaya qalxmasını izləyə biləcəkləri hovuz və cakuzi yerləşir.
Bundan başqa, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Emirates” aviaşirkəti dünyanın ən yaxşı hava yolları şirkəti seçilib.
Mütəxəssislər qeyd edir ki, bu aviadaşıyıcının uğurunun sirri sərnişinlərə göstərilən xidmətin hər aspektini daim təkmilləşdirməsindədir.
ABŞ-nin ən yaxşı aviaşirkəti isə pulsuz Wi-Fi təklif edən “Delta Air Lines” şirkəti seçilib.


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 23 Oktyabr 2025 18:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















