Icma.az
close
up
RU
Qapımızda epizod görmədən, uduzduğumuz oyun oldu Samir Abasov

Qapımızda epizod görmədən, uduzduğumuz oyun oldu Samir Abasov

Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.

Bu gün Misli Premyer Liqasında 3-cü turu çərçivəsində “Neftçi” və “Turan Tovuz” klubları üz-üzə gəlib. Bu matçda isə qonaqlar "Neftçi"ni 1:0 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Neftçi"nin baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb:

- Komandanız niyə qol vura bilmir?

- Epizodlar yaratdıq. Təəssüflər ki, bəxtimiz də gətirmir. Əvvəlki matçlarda da belə idi. Digər matçlara baxanda, bu gün komanda başqa "Neftçi" var idi. Çox ritmli və dinamik idi. İlk dəqiqədən bəlli idi ki, komandanın niyyəti nə idi. Qol buraxdıqdan sonra da təzyiqi davam etdirdik. Futbolçular çox istəyirdilər ki qol vuraq, udaq. İkinci hissədə də qırmızı vərəqə ilə planlar pozuldu. 10 nəfər qaldıqdan sonra da müdafiəçilər soyuqqanlı və məharətlə oynadılar. Qapımızda epizod görmədən, uduzduğumuz oyun oldu. Futbolçulara təşəkkür edirəm. İstəyə və dinamikəyə görə. Səhvlər olacaq, tələskənlikdən irəli gələn səhvlər olacaq. Başa düşürük. Yaxşı işlər etməyə qadirik. Bu siqnalı futbolçulardan gördüm.

- Erkən qol planlarınızı nə qədər pozdu. Buraxılan qolda qapıçınızın səhvi var idi. Onu cəza gözləyir?

- Rəqibə epizod vermirdik. Bu da üzərində durduğumuz məqam idi. Reallıqda, qapıçının səhvi var. Amma bir səhvlə onu silmək, nəsə fikir bildirmək istəmirəm. Digər oyunçular da . Kənanın yanındayıq. İnanıram ki, təcrübəsi, digər liqalardakı performansını bizdə də edəcək. İşimiz bu dəqiqə oyunçu cəzalandırmaq deyil.

- Piriç Superliqada 34 oyuna 67 qol buraxıb. Bu mövsüm də hər iki oyunuzda səhvi var idi...Növbəti oyunlarda da Piriçə görə xallar itirilə bilər?

- Düşünmürük. İstəmirəm ki, ayrı-ayrılıqda futbolçuların üzərində duraq. Hansısa futbolçunun səhvindən udacağıqsa..Hər bir adam səhv edə bilər. Əsas odur ki, futbolçunu qoruyaq. Necə ki, qoruyuruq. Superliqadan qapıçı gətirmək asan iş deyil. "Neftçi" bunu etdi. "Antalyaspor"u çox analiz etmisiz ki, bu qədər məlumatım yoxdur. 

- İndiki məqamda nədir sizi məmnun edən? 

- Bugünkü oyun bizim üçün siqnal və ümiddir. Bəhanə deyil. Birinci hissədə oynamış oyunçuların performansında əskikliyi var.  Bu komanda çox yaxşı işlər görəcək. Yetərincə çox yaxşı futbolçular var, bunu bacaracaqlar. Sadəcə xal itirdikdən sonra nələr etdik, mənim üçün çətin olur demək. Komandama inanıram. 

- Qırmızı epizod və Sambunun epizodları nəzərə alsaq, Əliyar Ağayev işinin öhdəsindən gəldi?

- Onun hansı səviyyədə referi olması hamıya bəllidir. Bugün oyunda referilərdən narazı qaldım. Penalti epizodunu indi izah edə bilmirəm. Rəqibə ikinci sarı vərəqə vermək olar. Məncə, bir tərəfə daha çox simpatiya deyirlər..Bilmirəm nə.Heç xoşuma gəlmədi. Bizim əsəblərimizlə oynadılar. Qırmızı vərəq haqlı idi? Rəqib bizi provakasiyaya yoxdur. Ribeyronun ixtiyar yoxdur ki, provakasiyaya cavab verisn. Onu da baxıb incələmək lazımdır. Əliyar orada gördüsə, qırmızı vərəqə qərarı verdisə, onun yanındayam, dəstəkləyirəm, inanıram. Mən digər məsələləri deyirəm. Biz özümüzü ev komandası kimi hiss etmədik. Dəhşətdir. 

- "Neftçi" xalla itirməyə davam edir. Qorxmursuz ki, istefanıza səbəb ola bilər?

- Ola bilər. Futboldur.

- "Qarabağ"ı təbrik etməməkdə sizi qınayırlar..Azarkeşlər də sizi qınayırlar ki, niyə Samir bəy "Qarabağ"ı təbrik etməyib...

- Təbrik etsəm, "Qarabağ"ın rəqibi kimi digər azarkeşlər kimi qınayarlar ki, niyə rəqibi təbrik edirsən? Nəysə. Bütün məşqçilər təbrik edib? Təbrik edən məşqçilərin qrupunda mən yoxam. Təbrik edirəm "Qarabağ"ı.

- "Turan Tovuz" onlara nisbətdə hücum futbolu oynayan komandadır. Məşqçi taktiki sxemi düzgün vermir. Ya da futblçuların səviyyəsi o deyil...

- Məşqçi taktikası, hər şeyi cavab vermirəm. Şəxsi fikirdir. Hörmətlə yanaşıram. İkinci məsələ..Qəbul etmirəm. Futbolçularımın səviyyəsi haqda cavab vermərəm. İmkan vermərəm ki, danışsınlar. Yaxşı səviyyədədirlər. Bu gün eyni ssenari davam edirdi. 

- Niyə komanda asmalar etmir? "İmişli" ilə görüşdə ilk asmanı 56-cı, bu gün isə 45+1-ci dəqiqədə etdiz...

- Sako yüksək səviyyədə oynadı. Oyun üslubu var. Bu gün nəzərə alsaq ki, üç o boyda müdafiəçiləri var. Başla oynayırlar. Bu da anlaşılmazlıq olar.. Rəqibdə 1.50 lik müdafiəçiləri də olsaydı, bizim oyun üslubu tamam başqadır. Bu gün məşqlərdə bir şeyi tələb edirsə, oyunda başqa şey tələb etmək..Bu sualla, futbolçunu da yolundan çıxarmış oluruq. Bu, sırf oyun üslubundan irəli gələn bir şeydir.

Mirbağırağa

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:240
embedMənbə:https://sportal.az
archiveBu xəbər 29 Avqust 2025 23:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see344

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see315

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see308

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see295

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see275

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see269

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see265

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see263

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see243

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see235

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see230

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see226

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see216

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see210

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see207

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see202

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see201

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see195

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see193

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri