Qaqauziya Moldovaya Qutsulun hökmündən sonra sabitliyin pozulması ilə bağlı xəbərdarlıq edib
Oxumeni.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qaqauziyanın rəhbəri Yevgeniya Qutsula qarşı çıxarılan həbs hökmündən sonra Moldovada sabitliyin pozulması riski var. TASS xəbər verir ki, bu barədə Qaqauziya parlamenti və regionun İcraiyyə Komitəsinin bəyanatında deyilir.
"Biz Qaqauziyadakı vəziyyətin sabitliyinin pozulmasına və Komratla Kişinyov arasında münaqişənin gərginləşməsinə görə bütün məsuliyyəti yalnız Moldova Respublikasının mərkəzi orqanlarının üzərinə qoyuruq", - birgə bəyanatda vurğulanır.
Qeyd olunur ki, Moldova hakimiyyəti siyasi repressiya yolunu seçib.
Avqustun 5-də Moldova məhkəməsi Qaqauziya rəhbərini müxalif “Şor” partiyasının maliyyələşdirilməsində qanun pozuntusu ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edib. Hökm elan edildikdən sonra Kişinyovda məhkəmə binası qarşısında Qutsul tərəfdarları ilə polis arasında toqquşma baş verib.
Əziz Mustafa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 08 Avqust 2025 16:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















