Qaqik Canqiryan: Məni işdən çıxarmayıblar, səhhətimlə bağlı özüm getmişəm VİDEO
Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
Ermənistan Ali Məhkəmə Şurasının keçmiş rəhbəri Qaqik Canqiryan seçki məntəqəsinə gələrək səsvermə hüququndan istifadə edib.
Bizim.Media xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran sabiq rəhbər öz vəzifəsindən kənarlaşdırılması barədə yayılan iddialara aydınlıq gətirib.
"Məni heç kim işdən çıxarmayıb, mən öz ərizəmlə, səhhətimdə yaranan problemlərə görə vəzifəmdən getmişəm", — deyə Canqiryan vurğulayıb.
Xatırladaq ki, Qaqik Canqiryanın səlahiyyətlərinə onun şəxsi ərizəsi əsasında rəsmən iyulun 4-də xitam verilmişdi. Lakin bu istefadan əvvəl ölkədə böyük səs-küyə səbəb olan qalmaqallı səs yazısı yayılmışdı.
Sözügedən səs yazısında Canqiryanın özündən əvvəlki sədr Ruben Vardazaryandan postunu tərk etməsini tələb etdiyi ifşa olunmuşdu. Ermənistan İstintaq Komitəsi həmin səs yazısını araşdırdıqdan sonra faktla bağlı cinayət işi (icraat) başlatmışdı.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 07 İyun 2026 11:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















