Icma.az
close
up
RU
Qara istiotun bilmədiyimiz FAYDALARI

Qara istiotun bilmədiyimiz FAYDALARI

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Biz qara istiotu mətbəxdə adi bir ədviyyat, duzun daimi yoldaşı kimi qəbul etməyə öyrəşmişik. Amma bilirdinizmi ki, bu sadə ədviyyatın əhəmiyyətli müalicəvi potensialı da var?

Milli.Az xəbər verir ki, qara istiot sağlam həyat tərzi sürmək istəyən hər kəsin nəzərə almalı olduğu ədviyyatdır.

Qara istiotu orqanizm üçün faydaları

Güclü antioksidant. Qara istiotu əsas təsir edən maddəsi piperindir. Məhz o, ədviyyata özünəməxsus acı dad verir və antioksidant xüsusiyyətlərə malikdir. Piperin orqanizmdə oksidləşdirici stresslə mübarizə aparır, sərbəst radikalları neytrallaşdıraraq hüceyrələrin zədələnməsinin və qocalmanın qarşısını alır.

Təbii iltihabəleyhinə vasitə

Orqanizmdəki iltihab bir çox xroniki xəstəliklərin, artritdən ürək-damar xəstəliklərinə qədər əsas səbəblərindən biridir. Qara istiot iltihab proseslərini zəiflədə bilir. Məlum olub ki, qara istiotu zərdəçöl (kurkuma) və zəncəfil ilə birlikdə qəbul etmək, məsələn, diz oynağının osteoartritinin müalicəsində bəzi iltihabəleyhinə dərmanlar qədər effektiv ola bilər.

Qidaların mənimsənilməsini yaxşılaşdırır. Piperin faydalı maddələrin (dəmir, beta-karotinin və kurkuminin) orqanizm tərəfindən mənimsənilməsini əhəmiyyətli dərəcədə artırır.

Duz üçün faydalı alternativ

Qara istiotu ən praktik üstünlüklərindən biri  duz istehlakını azaltmaq imkanının olmasıdır. Natriumun artıq miqdarı yüksək qan təzyiqi, ürək xəstəlikləri və insult riskini artırır. Yeməklərə duz əvəzinə daha çox qara istiot əlavə etməklə siz bu riskləri azaldırsınız, dad keyfiyyətindən isə imtina etmirsiniz.

Minilliklər boyu tibbdə istifadə

Qara istiotu qədimdən müalicəvi vasitə kimi istifadə ediblər. Müxtəlif mədəniyyətlərdə, həzm pozuntularında, immun sistemini dəstəkləmək üçün, ümumi möhkəmləndirici vasitə kimi kimi istifadə olunur. Müasir tibbin hələ əlavə tədqiqatlara ehtiyacı olsa da, xalq təcrübəsi bu ədviyyatın çoxəsrlik təsirini təsdiqləyir.

Qara istiotu zərəri

Ümumiyyətlə, qara istiotu orta miqdarda istehlak etmək əksər insanlar üçün təhlükəsizdir. Lakin istənilən məhsul kimi, artıq miqdarda qəbul edildikdə müəyyən narahatlıqlara, qıcqırma, mədənin qıcıqlanması, həzm pozuntularına səbəb ola bilər.
Xüsusilə, mədə turşuluğu yüksək olan, qastrit və ya mədə xorası olan insanlar ehtiyatlı olmalıdır.

Qara istiotu nə qədər qəbul etmək olar?

Mineralların mənimsənilməsini yaxşılaşdırmaq üçün gündə ¼ çay qaşığı (təxminən 0,5-1 qram) kifayətdir.

Bəziləri gündə 1-2 xörək qaşığına qədər qəbul edirlər, lakin bu qədər miqdar əksər insanlar üçün narahatlıq yarada bilər.

Yadda saxlayın: qara istiot əsas yemək deyil, ədviyyatdır. Onu ölçülü şəkildə istifadə edin, dad və özünüzü necə hiss etdiyinizə əsaslanın. /Lent.az

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 27 İyun 2025 07:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see479

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see368

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see316

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see304

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see267

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see263

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see258

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see258

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see248

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see238

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see233

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see229

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see225

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see220

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see213

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see211

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see202

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see201

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see198

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri