Keşiş Mkrtçyanın “ayıltma məntəqəsi”
Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
...Sovetlər dönəmini görənlərin xatirində olar: böyük şəhərlərdə alkoqollu içkilərdən sərxoş vəziyyətə düşənlər, narkotik maddənin təsirindən evlərinin yolunu tapmayanlar üçün xüsusi məntəqələr fəaliyyət göstərirdi. Bu müəssisələrin əsas vəzifəsi “sovet vətəndaşına” təhlükəsiz şəraitdə ayılmasına kömək etmək və onu mümkün təhlükələrdən qorumaq idi.
Ələlxüsus, bayram axşamları milisin və həkimin nəzarətində olan həmin “ayıltma məntəqələri”nə düşənlərin sayı kəskin çoxalırdı. Onlara cəmiyyət yaxşı baxmırdı, hətta zərərli vərdişlərinə görə işdən atılanlar, ailələri dağılanlar az olmurdu. Amma ictimai qınaqdan çəkinib, abırına qısılıb bu xəcalət dərsindən sonra alkoqol, yaxud narkotik qəbulunun daşını bilmərrə atanlar da az deyildi. Onlar bu qərara tam ayılıb ağlı başlarına gələndən sonra gəlirdilər...
...Erməni keşişi Psak Mkrtçyanın “kilsəyə qarşı kampaniya başladan” hakimiyyətdəki “Mülki müqavilə” partiyasının üzvlərinə ünvanladığı müraciətin mahiyyətinə varanda kommunistlərin həmin “ayıltma məntəqəsi” yadımıza təsadüfən düşmədi. Paşinyanın komandasına “əxlaqdan tamamilə uzaq olan insanlar birdən-birə başqalarına əxlaq dərsi keçməyə başlayıblar” deyən Kanaker şəhərindəki Müqəddəs Məryəm Ana Kilsəsinin rəhbəri Ata Psak Mkrt-
çyanın erməni cəmiyyətinə verməyə çalışdığı mesaj aydırdır. Ermənistanda kilsənin hər zaman siyasi hakimiyyətdən üst qatda dayandığını iddia edən keşiş Mkrtçyanın xəstə düşüncəsinə görə, “müqəddəs dəyərləri itlərə atanlar indi birdən-birə müqəddəs dəyərlərdən danışırlar. Əvvəllər heç bir dəyəri olmayanlar indi özlərini dəyərli hesab edirlər, lakin əslində yenə də boş-boş danışmaqda davam edirlər”. Bəs adı rus dilindən tərcümədə elə “it” sözünə yaxın mənanı verən bu daşnak-şovinist keşiş dəyər deyəndə, görəsən, nəyi nəzərdə tutur? Yəqin o, dəyər deyəndə çar Rusiyasının 200 il əvvəl Qarabağa köçürdüyü hayların bizim torpaqlarda yaratdığı saxta dəyərlərə işarə vurur. Alban kilsələrini qriqorianlaşdırmaqla, toponimlərimizi “özəlləşdirməklə”, yerin altındakı daşlara belə etnik damğalar vurmaqla düzəltdikləri “tarixi dəyərləri” deyirik.
...“İtlərə atılan müqəddəs dəyərlər” deyəndə keşiş Psakın 2 əsrdir kilsənin hayların beyninə yeritdiyi “miatsum”, “böyük Ermənistan” kimi tiryək barədə nostalji ilə düşündüyünə şübhə yoxdur. O, nifrət və qəzəb püskürən müraciətinin sonunu isə belə bir hökmlə bitirir: “Tarix və zamanın özü sizin barənizdə hökm verəcək. Ağlınızı başınıza toplayın və ayılın!”.
Keşiş Mkrtçyanın canına vəlvələ salan nə iqtidarın kilsəyə qarşı apardığı ədalətli mübarizəsidir, nə də katolokosların məhkəmə qarşısına çıxarılması. Onun dinsiz yuxularına haram qatan həmin şovinist tiryəkin təsirindən ayılanların sayının getdikcə çoxalmasıdır. İki əsrdir kilsənin hayların beyinlərinə və damarlarına yeritdiyi millətçilik tiryəkinin təsirindən ayılanlar təkcə Paşinyanın komandasında yox, cəmiyyətin keçmişin acı aqibətinin fəsadlarını dərk edən sağlam düşüncəli kəsimində də var. Real Ermənistanın gələcəyini qonşuları və dünya ilə düşmənçilik və işğalçılıq siyasətində deyil, sülh və əməkdaşlıqda görən həmin kəsim Erməni Apostol Kilsəsinin sonunu yaxınlaşdırır. Və günlərin bir günü, tarixin və zamanın hökmü ilə keşiş Psak Mkrtçyanın “ayıltma məntəqəsi”nə erməni cəmiyyətinin ehtiyacının qalmayacağı şəksizdir...
İ.HƏSƏNQALA
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 19 Noyabr 2026 12:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















