Xəzər dənizi bəzi ərazilərdə 800 metr geri çəkilib
Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xəzər dənizində mövcud sahil xəttindən faktiki dənizin sahilə təmas xətti arasında bəzi hallarda 800 metrə qədər geriçəkilmələr var.
Gununesi.info xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin” İdarə Heyətinin sədr müavini Fərid Cəfərov Xəzər dənizinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında keçirilən brifində bildirib.
O qeyd edib ki, 2016-cı ilin avqustun 24-də Nazirlər Kabineti tərəfindən Xəzər dənizinin sahil zolağı müəyyən olunmuşdu: “Biz ora sıfır xətti deyirik, yəni dənizin sahillə təmasının sıfır xətti. Ona uyğun olaraq da mühafizə zolaqları 20 və 50 metr sahil xəttindən quruya doğru mühafizə zolaqları müəyyən olunub və mövcud qanunvericiliyə əsasən həmin ərazilər müstəsna dövlət mülkiyyətidir. Sahil zolağı, sahil boyu ərazilərin xəritələşdirilməsi prosesini aparacağıq”.
Fərid Cəfərov bildirib ki, bu gün mövcud sahil xəttindən faktiki dənizin sahilə təmas xətti arasında bəzi hallarda 800 metrə qədər geriçəkilmələr var: “Bu da kifayət qədər böyük ərazidir, amma mövcud qanunvericiliklə həmin ərazilər Xəzər dənizinin akvatoriyasına aid torpaqlardır və bu gün də o hüquqi statusunu saxlayır”.
Baxış sayı:91
Bu xəbər 19 Noyabr 2026 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















