Icma.az
close
up
RU
Qara şəhərdən Nobel Sülh Mükafatına

Qara şəhərdən Nobel Sülh Mükafatına

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qan Turalı yazır...

Nobel Sülh Mükafatının qalibi sabah - oktyabr ayının 10-da elan ediləcək. 1901-ci ildə isveçli alim və ixtiraçı Alfred Nobel tərəfindən təsis olunan bu mükafatın sahibi digər Nobel mükafatlarından fərqli olaraq Norveç parlamentinin seçdiyi beşnəfərlik komitə tərəfindən müəyyən edilir. Və buna görə də mükafat Osloda Norveç kralı tərəfindən təqdim olunur.

Azərbaycanda Nobel mükafatlarının neft hesabına təsis edildiyi barədə bir təsəvvür də var. Bu təsəvvür qismən doğrudur, ancaq təfərrüata və detallara ehtiyac var.

Belə ki, İmmanuel Nobelin üç oğlu vardı. Ən böyüyü Robert, ortancılı Lüdviq, kiçiyi isə Alfred Nobel idi. Nobel mükafatlarını da məhz Alfred Nobel təsis etmişdi.

Ata İmmanuel Nobel borcluların əlindən İsveçdən qaçıb Rusiyaya, Sankt-Peterburqa getmiş, burada Rusiya ordusu üçün dəniz minaları istehsal edən bir şirkət qurmuşdu. Ailəsini də bir müddət sonra yanına gətirən İmmanuel Nobel bir müddət sonra kiçik oğlu Alfredi kimya elmi üzrə təhsil almaq üçün Parisə göndərdi. Böyük və ortancıl oğlu-Robert və Lüdviq isə Bakıya yollandılar.

1879-cu ildə "Branobel" adlı şirkət təsis edən Nobel qardaşları tezliklə nəinki Rusiyanın hətta dünyanın ən böyük neft istehsalçılarına çevrildi. Belə ki, 1899-cu ildə dünya üzrə hasilatın 8.6 faizi Nobel qardaşlarının payına düşürdü. Şirkətin iqamətgahı isə Bakının Qara şəhər bölgəsində yerləşirdi.

Alfred Nobel isə vətənləri Stokholma qayıdan ataları ilə birgə ixtiralara davam edirdi. Alfredin ümumilikdə 355 patentli ixtirası mövcud idi. Ancaq Alfred Nobel dinamiti kəşf etdikdən sonra pul sel kimi ona axmağa başladı. Başqa cür desək, Alfred Avropada, böyük qardaşları isə Bakıda böyük sərvət qazandılar. Alfred Nobel vəfat etdikdə 20 ölkədə 96 fabriki var idi.

Bununla belə qardaşlar arasında əlaqə nəinki itmişdi, hətta portnyorluq münasibətlərinə də keçmişdi. Belə ki, Nobel qardaşlarının neft istehsal şirkəti olan "Branobel"in ən böyük səhmdarları bu cür sıralanmışdı:

1. Lüdviq Nobel - 53.7 faiz;

2. Çar ordusunun polkovniki, baron Peter fon Bilderling - 31.0 faiz;

3. Alfred Nobel - 3.8 faiz;

4. Robert Nobel - 3.3 faiz.

Alfred Nobel 1896-cı ildə vəfat edənə qədər Bakı neftindən təqribən 100 milyon dollara yaxın pul qazanmışdı.

1899-cu ilin avqustunda isə böyük qardaş Robert, 10 dekabrda isə Alfred Nobel vəfat etdi. Ortancıl qardaş Lüdviq onlardan 8 il əvvəl dünyasını dəyişmişdi.

Ortaya bir sual çıxır, Alfred Nobel 1896-cı ildə vəfat etmişdisə, bəs Nobel mükafatları niyə 1900-cü ildən verilir? Məsələ budur ki, Alfred Nobel vəsiyyətində bütün sərvətini ölümündən sonra fizika, kimya, tibb, fiziologiya, ədəbiyyat və sülh sahəsində bəşəriyyətə töhfə verən şəxslərə mükafat verilməsi üçün bir fonda bağışlamışdı. Ailəsi isə vəsiyyəti məhkəmədə mübahisələndirdi. Mübahisə düz 4 il çəkdi və İsveç məhkəməsi Alfred Nobelin vəsiyyətinin yerinə yetirilməsi barədə qərar verdi. Məhz buna görə də mükafatlar 4 il sonra - 1900-cü ildən verilməyə başlandı.

Nobel Sülh Mükafatının təsis edilməsinə dair iki fərqli variant var. Birinci varianta görə, Alfred Nobelin yalan ölüm xəbəri yayılır, fransız qəzetlərindən biri bu yalan xəbəri "Ölüm taciri vəfat etdi" başlığı ilə təqdim edir. Ölümündən sonra bu cür anılmaq Alfred Nobeli narahat etdiyi üçün Nobel Sülh Mükafatının təsis etməyə qərar verir. Digər bir variant isə Alfred Nobelin avstriyalı sülhpərvər yazıçı, "Silahları yerə qoyun" kitabının müəllifi xanım Berta fon Suttnerlə olan dostluğudur. Tarixçilər xanım Suttnerin təsiri ilə Alfred Nobelin sülh üçün xüsusi mükafat təsis etdiyini güman edir. Xanım Suttner də 1905-ci ildə Nobel Sülh mükafatına layiq görülmüşdü.

"Branobel" şirkətinin aqibəti isə faciəli oldu. Belə ki, bolşeviklərin inqilabında sonra "Branobel" şirkəti başda olmaqla neft sənayesi milliləşdirildi, yəni dövlətin xeyrinə müsadirə olundu. "Branobel" şirkəti isə öz səhmlərinin yarısını Standart Oil (Hazırkı ExxonMobil) şirkətinə 11.5 milyon dollara satdı. Səhmlərin yeni sahibi bolşeviklərin milliləşmə qərarını geri götürəcəyinə ümid bəsləsə də bu ümid heç bir zaman gerçəkləşmədi.

Stokholmdan başlanıb Qara şəhərə qədər davam edən və Osloda başa çatan hekayə bundan ibarətdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 Oktyabr 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see380

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see376

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see348

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see310

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see256

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see250

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see230

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see218

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see211

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see205

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see205

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see179

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see169

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see168

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see167

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see166

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see166

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see166

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri