Icma.az
close
up
RU
Qara su xəstəliyi Qlaukoma. Səbəblər, müalicə, fəsadlar

Qara su xəstəliyi Qlaukoma. Səbəblər, müalicə, fəsadlar

Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hazırda dünyada korluğa səbəb olan başlıca göz xəstəlikləri arasında qlaukoma birinci yerdədir. Bu xəstəlik görmə itiliyinin zəifləməsinə də səbəb olur.

Dünyada qlaukoma xəstələrinin sayı 100 milyona yaxınlaşır desək, yalan olmaz. Gözün bir neçə xəstəlikləri var ki, simptomsuz və gizli şəkildə irəliləyir. Onlardan biri və bəlkə də ən təhlükəlisi qlaukomadır. Bu xəstəlik əksər hallar 35-40 yaşdan yuxarı insanlarda müşahidə olunur. Təbii fizioloji proseslə, görmə qabiliyyətinin tədricən azalması ilə inkişaf edə bilir. Qlaukoma xəstəliyi insanın öz sağlamlığına ciddi yanaşmasını və daima həkim müayinəsindən keçməyi tələb edir.

Bəs bu xəstəliyin yaranma səbəbi nədir? Kor olmadan bu problemdən qurtulmaq mümkündürmü?

Oxu.Az-ın bu və digər suallarını həkim oftalmoloq, Amerika Oftalmologiya Akademiyasının üzvü İmran Cərullazadə cavablandırıb.

- El arasında “Qara su” kimi tanınan - qlaukoma xəstəliyi ümumiyyətlə nədir?

- Bu dünyada geriyə qaytarıla bilməyən korluğun ilkin səbəblərindən biridir. Bu xəstəlik genetikdir və valideynlərdə varsa, 100 faiz uşaqlara və ya onların uşaqlarına keçəcək. Mütləq yoxlamalar aparılmalıdır. Əvvəl bu xəstəliyə diaqnoz qoymaq çox çətin olurdu. Lakin indi müasir cihazlar var ki, 4-5 il öncədən gözdə qlaukomaya meyilliliyin olub-olmadığını müəyyən edə bilir. Bu da xəstəliyin qarşısının alınması, qabaqlayıcı tədbirlərin görülməsi üçün mükəmməl fürsətdir. Bu cihaz çox bahalıdır və Azərbaycanda da var.

- Bu xəstəlik özünü daha çox hansı yaş qrupları arasında göstərir?

- 40 yaşa qədər çox az hallarda rast gəlinə bilər. Lakin 40-45 yaşdan sonra artıq xəstəliyin orqanizmdə gedişatı başlayır və bir neçə ilə ərzində korluğa gətirib çıxara bilir. Onu da deyim ki, qlaukomanın iki növü var – anadangəlmə qlaukoma ya da 45-yaşdan sonra özünü büruzə verən. Anadangəlmə qlaukoma varsa, cəmi bir il ərzində insan kor olur. Digər növü isə dediyim kimi gizli şəkildə inkişaf edərək korluğa apara bilir.

- Qlaukomanı göz xərçəngi adlandırırlar. Hərdən “Mirvari suyu” ilə “Qara su” xəstəliklərini qarışdırırlar.

- El arasında “Mirvari suyu” kimi tanınan xəstəliyin tibbdə adı kataraktadır. Bu xəstəlik özü də korluğa gətirib çıxara bilir. Hətta “Mirvari suyu”(katarakta) kimi bilinən xəstəlik “Qara su”(qlaukoma) kimi tanınan xəstəliyin başlanğıc mərhələsi ola bilir. Sadəcə katarakta əməliyyatla aradan götürülə bilir, lakin qlaukoma yox. Əgər qlaukomanı birinci mərhələlərdən müəyyən edib erkən müalicələrə başlanılsa, korluğun qarşısını almaq olar. Mən deyərdim ki, 90-95% faiz korluğun qarşısını almaq olur.

Düşünmürəm ki, bu xəstəlikləri qarışdıran kolleqalar olsun. Onları bir-birinə bənzədən hər ikisinin adında “su” sözünün olmasıdır. Ümumiyyətlə göz daxili təzyiqin yüksək olmasından asılı olaraq, gözdə qlaukomanın yaranma riski də artır. O da dediyim kimi insan göz təzyiqini hiss edə bilməsi üçün, göz təzyiqi 40-dan yüksək olmalıdır. Amma qlaukoma göz təzyiqi 20 olanda da yarana və inkişaf edə bilər.

- Qlaukomanın ən təhlükəli tərəfi nədir?

- Xəstəliyin gizli şəkildə getməsidir. Ən son zamana qədər insan bilmir ki, onda bu xəstəlik var. Fərz edin ki, sinirlərin 90 faizi ölməyənə qədər gözdə heç bir problem hiss edilmir. Bu halda insan 100 faiz görmə qabiliyyətini qoruya bilər. Lakin o son 5-10 faiz sinir ölməyə başlayanda, proses nisbətən sürətlənir və artıq insan kor olur. Bunun da qarşısını almaq üçün çox gec olur. Ona görə də insanların müəyyən dövrdən bir, heç olmasa ildə bir dəfə həkim oftalmoloq müayinəsində olması önəmlidir.

Müayinə zamanı göz təzyiqinin yüksək olması müəyyən edildikdən sonra onu dərman müalicəsi ilə normada saxlamaqla qlaukomanın yaranmasının qarşısını almaq mümkündür. Amma artıq görmə itirilibsə, hər şey üçün gecdir.

- Bəs qalukoma zamanı gözlərdən birini qorumaq mümkün olurmu?

- Əgər yalnız bir gözdə aşkarlanıbsa, bu digər gözə də keçə bilər. İnfeksiya kimi zənn edin. İnsanın geni birdir, əgər bir gözdə varsa, böyük ehtimalla digər gözə də keçəcək. Amma erkən təsbit və müalicə xəstəliyin gedişatını ləngidə bilər.

Çünki xəstəlik görmə bucağının daralması ilə gedir. İnsan tam kor olana qədər elə bil binokl içərisindən baxır. Son liflər ölən zaman isə artıq həmin qaraltı sürətlə artır və qısa zamanda hər yer qaranlıq olur.

- Ölkədə qlaukomadan əziyyət çəkən nə qədər adam var?

- Bununla bağlı rəqəm demək çətindir. Amma gündəlik mənim özüm 2-3 birincili qlaukoma xəstəsi qəbul edirəm. Azərbaycanda digər xəstəliklər kimi bu xəstəlik də çox müşahidə edilir. Ona görə ki, cəmiyyət olaraq son mərhələyə qədər həkimə getməmək üçün dirənirik. Bu da bizim ən pis cəhətimizdir. Sağlamlığımızın qeydinə qalmırıq.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:413
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 21:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri