Icma.az
close
up
RU
Krallar xəstəliyi PODAQRA. Səbəblər və müalicə

Krallar xəstəliyi PODAQRA. Səbəblər və müalicə

Icma.az, Saglamolun portalına istinadən məlumat verir.

Əvvəllər bu xəstəliyə yalnız yüksək təbəqəli insanlarda təsadüf edilirdi.

Bunun səbəbi həddən artıq qida və spirtli içkilərin qəbulu idi. Sadə insanlarda bu xəstəliyə rast gəlinmirdi. Məhz bu səbəbdən podaqranı "krallar xəstəliyi" adlandırırdılar.

Podaqra oynaqların xroniki iltihabi xəstəliyidir. Saglamolun.az bildirir ki, podaqra zamanı oynaqlarda urat duzları yığılır. Adi insanlar adətən bu xəstəliyi məhz "duzlar" adlandırırlar. Bu kifayət qədər yayılmış xəstəlikdir. Kişilərdə qadınlarla müqayisədə bu xəstəliyə daha tez-tez rast gəlinir. Daha tez-tez hallarda bu xəstəlik artıq çəkisi və mübadilə proseslərin pozulmaları olan kişilərdə 40 yaşından sonra inkişaf edir. Qadınlarda isə podaqra menopauzadan sonra (50-55 yaşlarında) inkişaf edə bilər.

Podaqra istənilən oynaqları zədələyə bilər - barmaqların, əllərin, dirsəklərin, dizlərin, pəncələrin. Əksər hallarda podaqra ayaq barmaqlarında (xüsusilə baş barmaqlarda)  inkişaf edir. Hipertoniya, şəkərli diabet kimi xəstəliklər, düzgün olmayan qidalanma, spirtli içkilərin qəbulu, irsiyyət bu xəstəliyin risk faktorları sayılır.

Xəstəlik oynaqda olan qəfil güclü ağrı ilə özünü büruzə verir, zədələnmiş oynaq qızarır, insan bu yerdə istilik hiss edir, bədən hərarəti də arta bilər. Adətən podaqra tutması gecə saatlarında inkişaf edir, günorta azalır, gecə isə yenə təkrarlanır. Belə tutmalar hətta 1 həftə və bundan artıq çəkə bilər.

Spirtli içkilərin qəbulu, travma, uzun müddət ərzində ayaq üstə qalmaq və ya gəzmək, bəzi dərman preparatların qəbulu (xüsusilə sidikqovucu preparatların) podaqranın tutmasına təkan verə bilər.

Podaqra müalicə olunmazsa, tutmalar daha tez-tez təkrarlanmağa başlayır, oynaq öz normal formasını dəyişir, vaxt keçdikcə oynaq və sümük qismən dağılır.

Podaqra zamanı zədələnmiş oynaqların yanında şişlər (onları "tofus" adlandırırlar) əmələ gəlir. Bu şişlər adətən ağrısız olur, lakin bəzən onlar iltihablaşır və bu da ağrılara səbəb olur.

Podaqra xəstəliyi zamanı xüsusi müalicə təyin olunur. Bu müalicənin əsas məqsədi orqanizmdə urat duzların azaldılmasıdır. Həmçinin xəstəyə ağrısızlaşdıran və iltihabəleyhinə preparatlar təyin olunur. Dərmanlardan əlavə müalicə zamanı fizoterapiya metodlarından da istifadə olunur (elektroforez, maqnit). Çox ağır hallarda cərrahi müalicə tətbiq oluna bilər.

Dərmanlardan əlavə müəyyən qidalanma rejimi da bu xəstəlik zamanı böyük rol oynayır. Belə ki, podaqradan əziyyət çəkən insanlar qara ciyər, böyrək, dil kimi məhsulları, yağlı ət, balıq növləri, konservlər, turşular, ət və balıq bulyonları, qoyun piyi yeməməlidir. Qidaları bişirdikdə az miqdarda duz əlavə etmək lazımdır.

Paxlalılar (noxud, lobya, mərci), göbələk, gül kələmi, çay, qəhvə, kakao, şokolad kimi məhsulları məhdudlaşdırmaq lazımdır. Əksinə isə süd məhsulları, yarmalar, yumurta, meyvə (xüsusilə sitrus meyvələri) və giləmeyvələr podaqra xəstəliyi olan insanlar üçün xeyirlidir.

Podaqra xəstəliyi olan insanlar gün ərzində 1,5-2 l maye qəbul etməlidir. Bu orqanizmdən duzların çıxmasına kömək edir.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see279

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see263

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see220

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see209

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see202

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see201

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see199

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see196

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see192

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see185

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see176

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see175

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see175

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see171

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see171

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri