Icma.az
close
up
RU
Qarabağ a qayıdan Kadidən şok açıqlamalar

Qarabağ a qayıdan Kadidən şok açıqlamalar

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Braziliyalı futbolçu Kadi Borges "Qarabağ"a qayıtması barədə danışıb.

QOL.az xəbər verir ki, o, Macarıstanın m4sport.hu saytına müsahibəsində Budapeştin "Ferensvaroş" klubundan Ağdam komandasına qayıtmasının özü üçün gözlınilnəz olduğunu deyib.

- "Ferensvaroş"un sizinlə müqaviləni ləğv etməsindən təəccübləndiniz? Nə baş verib?

- Bu, mənim üçün də sürpriz oldu. Mən komandamızın oyununa hazırlaşırdım ki, idman direktorumuz Tamas Hajnal zəng etdi, dəyişdirilmək istəyib-istəmədiyimi ("Ferensvaroş"a keçən Julio Romao ilə - red.) soruşdu. Dedim ki, əgər bu klub və mənim üçün ən yaxşı olacaqsa, onda razıyam. Əvvəlcə elə düşündüm ki, o, mənimlə danışıqlar aparacaq, lakin tez başa düşdüm ki, məsələ artıq son mərhələdədir. Mən agentimə zəng etdim, o da heç nə bilmirdi. Bir-birimizə suallar verdik, heç olmasa, bunu izah edə biləcək bir şey tapmağa çalışdıq. Biz hələ də bunun səbəblərini başa düşmürük. Bu, klubun qərarı idi.

- Yəni siz klubdan ayrılmaq istəmirdiniz?

- Mən heç vaxt dəyişdirilməyi istəməmişdim. Ötən yayda gəldiyimdən mənim uzunmüddətli müqavilə vardı, ayrılmaq üçün heç bir səbəbim yox idi. Bu danışıqlar klublar arasında və onların qərarı olub.

- Klubdan getməyiniz üçün sizə səbəb göstərdilərmi?

- Xeyr, heç nə demədilər. Düşünürəm ki, onlar məni daha klubda görmək istəmirdilər və ona görə də məsələyə belə yanaşdılar.

- Yeni baş məşqçi Robbi Kinin gəlişi sizin vəziyyətinizə təsir etdimi?

- Düzünü desəm, bilmirəm. Dediyim kimi, heç kim heç nə bilmirdi. Xüsusən də ona görə ki, "Zalaegerszeq"ə qarşı oynamağa hazırlaşırdım. Ona görə də baş məşqçinin bundan xəbəri olub-olmadığını bilmirəm.

- Çərşənbə günü "Fradi" ("Ferensvaroş" - red.) yeni müqavilə bağladığınız "Qarabağ"da oynamış Julio Romaonu transfer etdiyini açıqladı. Güman edirəm ki, pərdə arxasında barter əməliyyatı gedirdi.

- Bəli, mən də belə düşünürəm. Artıq Julio Romao ilə danışıqlara başlamışdılar və “Qarabağ” isə pul yox, məni istədiyi üçün bu dəyişmə həyata keçdi. 

- "Malmö" ilə Avroliqa matçında assist və əla qolla 4:1 hesablı qələbəyə töhfə verdiniz. Belə bir vaxtda komandanı tərk etməli olduğunuz üçün peşmansınız?

- Dediyim kimi, mən getməyi xahiş etmədim, "Fradi" bunu istədi. Düşünürəm ki, komanda yoldaşlarımla mən artıq bir-birimizi çox yaxşı başa düşürdük. Hər bir idmançıya uyğunlaşmaq üçün vaxt lazımdır. Heç nəyə peşman deyiləm. Əlimdən gələni etmişəm, hər zaman hamıya hörmət etmişəm və əlimdən gələni etməyə çalışmışam. Əgər bu, klub üçün kifayət deyilsə, problem yoxdur.

- "Ferensvaroş" azarkeşlərinin çoxu niyə getdiyini başa düşmədi. Onlara demək istədiyiniz bir şey varmı?

- Əgər onlar da bunu anlamayıblarsa, onda özünüzü mənim yerimə qoyun... Mən onlara hər oyunda göstərdikləri sevgi və dəstəyə görə təşəkkür etmək istərdim.

- Ümumiyyətlə, klubda keçirdiyiniz yeddi ayı necə qiymətləndirirsiniz?

- Özümlə gözəl xatirələr aparıram. Başıdik gedirəm, daha arxa qapıdan yox. Çünki özümü yaxşı hiss edirdim, yaxşı oynadım. Statistikam yalan demir. Avropa Liqasının pley-off mərhələsində "Banja Luka" ilə matçda əlavə vaxtda heç-heçəni təmin edən penalti qazandım. Sonra penaltilər seriyasında qol vurdum. İstər liqada, istərsə də beynəlxalq arenada hər oyunda var gücümü ortaya qoydum. Və biz yaxşı nəticələr əldə etdik. Ona görə də bu yeddi aydan məmnunam. Amma o da ola bilər ki, mən vəziyyəti səhv görürəm və futbolu yaxşı başa düşmürəm... Əgər onlar səhv etdiyimi düşünürlərsə, bu qərarı verdikləri üçün hər ikisi üçün daha yaxşıdır.

- Azərbaycana qayıtmağınızdan məmnunsunuzmu?

- Mən çox sevinirəm ki, mənə hörmət edilən, qiymət verilən yerdəyəm. Təkcə mənə də deyil, burada bütün futbolçulara inanırlar. Burada ruhumda bir dinclik, sakitlik var. İndi məşqə köklənməyin vaxtıdır ki, mən mümkün qədər tez meydanya qayıda bilim. Və komandama təkcə qısa müddətdə deyil, həm də uzunmüddətli perspektivdə məqsədlərinə çatmaqda kömək edim.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://qol.az
archiveBu xəbər 06 Fevral 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see377

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see344

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see320

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see312

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see274

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see265

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see255

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see246

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see239

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see233

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see229

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see224

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see217

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see215

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see210

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see205

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see202

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see190

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see182

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri